İlqar Məmmədova bəraət verildi - ReAL sədrinə kompensasiya təyin olundu
23-04-2020, 11:24
ReAL sədri İlqar Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Onun İsmayıllı hadisələrinə görə məhkum edilməsi haqda hökm və bu hökmü qüvvədə saxlayan yuxarı instansiya məhkəmələrinin qərarları ləğv olunub. Bu barədə aprelin 23-də Ali Məhkəmənin Plenumunun iclasında qərar verilib. İ.Məmmədova həmçinin mənəvi ziyana görə kompensasiya təyin edilib.