Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı

23-04-2020, 16:47   


Azərbaycanda koronavirus infeksiyasına 30 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.