Ramazan ayından sonra da normal həyata qayıtmayacağıq.Mediaxeberleri.az xəbər verir ki, bu sözləri türkiyəli yazar Əbdürrəhman Dilipak deyib.
Onun sözlərinə görə, virus mutasiyaya uğrayarsa, heç bir şeyin faydası olmayacaq:
“May ayının sonunda daha real açıqlamalar verə bilərik. Əgər mövcud durum iyun ayının sonuna kimi davam edərsə, Rusiyada çox ciddi hadisələr baş verə bilər. Neftlə bağlı deyirəm. Böyük böhran yaşandı. ABŞ bu virusun hesabını Çinə ödətdirməyə çalışır. Çinə qarşı müharibə başlada bilərlər. Bu, teoloji müharibəyə də çevrilə bilər. Artıq yeni pul vahidləri istifadə edilir. Yeni enerji texnologiyaları əldə edildi. Ciddi dəyişikliklər baş verir”.