Fövqəladə Hallar Nazirliyinin işçiləri maaşlarının 19 faizinin tutulmasına məcbur edilir. kivnews.com-un əldə etdiyi məlumata görə, rəhbərliyin göstərişi ilə rayon rəisləri artıq işçilərinin ərizələrini almaqla məşğuldurlar.
Maraqlı məqam ondadır ki, ərizələr nazirin deyil, FHN-nin müvafiq olaraq rayonlar üzrə məhz rəislərinin adına yazılır. Bildirilir ki, işçilər ərizələrində maaşlarının 19 faizini Koronavirusla Mübarizə Fonduna ianə olaraq köçürülməsini xahiş edirlər.
Qeyd edək ki, artıq işçilər arasında ciddi narazılıqlar yaşanmaqdadır. Ərizələr isə məcburi şəkildə yazdırılır.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
milletinsesi.info