Ərdoğan ABŞ-ı anlayışa dəvət edir

30-04-2020, 09:36   
 

Türkiyə Prezidenti ortaq problemlərə qarşı ortaq mübarizənin gərəkli olduğunu vurğulayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Donald Trampa göndərdiyi məktubunda ABŞ Konqresinin koronavirus pandemiyası zamanı paylaşılan həmrəylik və tədarükü nəzərə alaraq, iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini daha yaxşı başa düşəcəyinə ümid etdiyini bildirib, - “Reuters” xəbər verir.
Ərdoğanın məktubu çərşənbə axşamı NATO müttəfiqinin COVID-19 xəstəliyinə yoluxmada yardım etmək məqsədiylə göndərilmiş qoruyucu kostyumlar və maskalarla birlikdə gəlib.
ABŞ Konqresi Rusiyadan S-400 müdafiə sistemlərini satın aldığı üçün Türkiyəyə sanksiya tətbiq edəcəyini demişdi, ancaq Ankara ölkədə pandemiyaya qarşı mübarizə apardığı üçün sanksiyanın aktivləşməsi planı təxirə düşüb.
“Ümid edirəm ki, qarşıdakı dövrdə pandemiya zamanı nümayiş etdirdiyimiz həmrəylik ruhu ilə Konqres və ABŞ mediası münasibətlərimizin strateji əhəmiyyətini daha yaxşı anlayacaq”,- Ərdoğan deyib.
O, ortaq problemlərə qarşı ortaq mübarizənin gərəkli olduğunu vurğulayıb.
Türkiyə-ABŞ münasibətləri son illər Suriya ilə bağlı fikir ayrılıqlarından dolayı, xüsusilə də ABŞ-ın Suriyadakı kürd döyüşçülərinə dəstəyi və ABŞ-ın bir türk bankı idarəçisinin mühakimə etməsi ilə bağlı kəskinləşib.
Bu ayın əvvəlində Türkiyə rəsmiləri deyib ki, Ankara ABŞ ilə danışıqlar apararaq pandemiyanın yaratdığı iqtisadi böhranı azaltmaq üçün maliyyələşmə opsionlarını müzakirə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.