Avropa Birliyinin (AB) həyatda qalması mövzusunda narahatam.Axar.az xəbər verir ki, bunu amerikalı milyarder Corc Soros “İndependent” nəşrinə açıqlamasında deyib.
O bildirib ki, AB natamam bir təşkilatdır:
“AB-nin birləşmək prosesi heç vaxt tamamlanmadı. Bu da Avropanı olduqca müdafiəsiz vəziyyətə gətirib çıxarıb. Sadəcə, natamam birlik olduğu üçün deyil, eyni zamanda, qanunun aliliyinə əsaslandığı üçün ABŞ-dan da həssas vəziyyətə düşüb”.
C.Soros qeyd edib ki, Almaniya Ali Konstitusiya Məhkəməsi ilə Avropa Mərkəzi Bankı arasındakı böhran AB-nin sonu olacaq.
Qeyd edək ki, Almaniya Ali Konstitusiya Məhkəməsi Avropa Mərkəzi Bankının (AMB) QE proqramı çərçivəsində dövlət istiqrazlarının alışının (2.7 trilyon avro) qanuna zidd olduğu qərarını verib.