Ərgün Dilər
“Takvim”, Türkiyə, 15 may 2020-ci il
Gəlin, bu gün maraqlı bir nöqtədən hərəkət edək. İşin içində Türkiyə də var, türk də … Bu, haqqında ABŞ-da pıçıltılarla danışılan, amma heç kimin dilə gətirmək istəmədiyi bir mövzudur.
Əslində, dünya kiçik bir kənddir. Sadəcə əlaqələr şəbəkəsini bilməniz yetərlidir. Əgər bunu edə bilsəniz, ABŞ prezidentlərindən tutmuş böyük sahibkarlaradək, hər kəsin tutduğu mövqeni, könül verdiyi rəngləri təsbit etmə şansını yaxalaya bilərsiniz.
Günlərdir “Main Street” və “Wall Street” haqqında yazıram. Dünyada heç bir lider, heç bir siyasətçi bu iki cərəyandan kənarda qala bilməz. Baş verən bütün hadisələr bu iki hərəkətverici gücün təsirilə olur.
Diqqətinizi cəlb etmək istədiyim mövzuya keçək. Haqqında pıçıltılarla danışılan və bir qismi yazılan məsələyə baxaq. Görək, nə çıxacaq?
Çox uzun zamandan bəri əsil savaşın, mübarizənin ABŞ içində getdiyini yazıram. Ümumiyyətlə, bunu demokratlarla respublikaçıların, yəni, iki partiyanın, iki böyük sərmayə qrupunun, iki böyük dünyagörüşünün, iki böyük gücün savaşı olaraq xülasə edirəm. Bu mübarizə Vaşinqtonu alov topuna döndürmüş durumdadır. Artıq ABŞ hər bir ölkəni yandıracaq alov topuna dönmüşdür. Bir müddətdir qorxudan evdən çıxa bilməyən Obama da artıq hərbçi kimi hücüma keçib. Trampı hədəfə alan Obama “Trampın koronavirus böhranını idarəetmə forması xaotik bir fəlakətdir. Ancaq bundan daha önəmlisi var: tarixin ən önəmli prezident seçkilərinə doğru gedirik. Bu seçkini uduza bilmərik, çünki mənfi nəticələrinin yerini doldurmaq mümkün olmayacaq. Sadəcə müəyyən bir şəxslə və ya siyasi partiya ilə mübarizə aparmayacağıq. Eqoizmə, bölünməyə və digərlərini düşmən görmə meyllərinə qarşı da mübarizə aparacağıq ” deyib.
Obama belə bir açıqlama verirsə, deməli, əmr Londondan gəlib. Bunu bilməmiz lazımdır. Xatırlayırsınızsa, Obama həyat yoldaşı ilə birlikdə Londona gedən zaman qəbul edildiyi salonda divarda asılmış zənci tablosu ilə ona mesaj verilmişdi. Patronun kim olduğu açıq şəkildə ABŞ-ın qaradərili Prezidentinə çatdırılmışdı. Ya da bunun xatırladılmasına ehtiyac duyulmuşdu.
Obama Ağ Evdə öz kölgəsindən qorxardı. Bu böyük üsyan dərhal rezonans doğurdu. Trampı hədəfə qoyan Obamaya cavab gecikmədi. Obama Londondan aldığı əmrlə danışarkən, Tramp da “Dərin Amerika”nın sözünü elan etdi. Tramp “”Obamaqeyt” “Uoterqeyt”dən betərdir” dedi. Tramp açıq şəkildə “Pizzaqeyt”, Epşteyn və Klinton ailəsini də içinə alan çox böyük bir qalmaqala eyham vurdu. Bu qalmaqalın içinə, əlbəttə, Baydeni də çəkəcək.
Tramp bu açıqlamanı verdikdən 36 saat sonra sabiq kampaniya məsləhətçisi Pol Manafort sağlamlığına görə həbsxanadan buraxıldı. Manafort, Rotşild ailəsinin Ukraynanı dizayn etmək üçün vəzifə verdiyi bir şəxsdir. Neçə vaxtdır yazdığım kimi, məsələ gəlib Cefri Epşteynə dayanıb. Onunla əlaqəsi olanlara sıçrayıb. Tramp da bu kartı açıb. Doğrusu, açmaqdan başqa çarəsi qalmayıb.
Manaforta gələk və oradan önəmli bir türkə uzanaq. Pol Manafort 20 mart 2016-cı ildə Nyu-Yorkdakı “Tramp Tower”-da Nat Rotşildlə görüşdükdən bir neçə gün sonra Trampın kampaniya komandasına qatıldı. Həm də çox geniş səlahiyyət aldı. Hazırda problemlər yaşayan Manafortun ən yaxın dostları rus oliqarx Deripaska və Türkiyədə yaşayan çox önəmli bir iş adamıdır. Bunu bilənlər bilir. Türk iş adamının kod adı “Cənab T.”-dir. Manafort və Deripaskanın çirkli pul yuma işini Cənubi Kiprdə həyata keçirən bu adam, yəni, “Cənab T.” həmin türkdür. “Cənab T.” Podesta qardaşlarını evində qonaq qəbul edən iş adamının da qardaşıdır. “Cənab T.” adlandırılmasının səbəbi də Toni Podestanın hələ də ən yaxın dostu, ya da türk olmasıdır. Hesab edirəm ki, Podestanın Cefri Epşteynlə, ya da Klintonlarla əlaqəsi haqqında yazmağıma ehtiyac yoxdur.
İndi Manafort həbsdən “Dərin Amerika”nın istəyilə çıxıb. Bu, aydındır. Obama və Klinton ailəsinin kirli sirlərini bilən, “Pizzaqeyt”lə əlaqədar hələ məlum olmayan informasiyaların yeganə ünvanı olan Manafort, yeni alov topunun ilk qığılcımıdır. Deripaska mütləq Nat Rotşildlə görüşərək, Manafortun köstəbəkliyinə qarşı önləm alacaq. Obama və Klintona yaxın bəzi şəxslər də eyni şəkildə Nat Rotşildi ziyarət edəcək.
“Cənab T.” Manafortun Ukraynadakı aktivlərini də idarə edir. “Pizzaqeyt” baş verən zaman Manafortun bəzi sənədləri təhvil verdiyi şəxs də ən çox etibar etdiyi türk iş adamıdır.
İndi Manafort neçə adamın gizli məlumatlarını “Dərin Amerika” ilə paylaşıb və ya paylaşacaq? Cavabı ən çox maraq doğuran sual budur. “Cənab T.”-nin qızı ABŞ-da yaşayır. Əgər Manafort “Cənab T.”-ni oyundan kənar vəziyyətdə qoymaq istəyəcəksə, mediada çox önəmli belə bir xəbər çıxacaq: “Tark iş adamının, yəni, “Cənab T.”-nin qızı Nyu-Yorkda həbs edildi”. Bu xəbər “Huawei”-nin patronunun qızının Kanadada həbs edilməsi qədər səs gətirər. Çünki “Cənab T.”-nin türk qızı Rotşild ailəsinin bir maliyyə qurumunda önəmli mövqedədir. Obamanın prezident olduğu dövrdə ev sahibliyi etdiyi bir çox tədbirdə “Cənab T.”-nin qızının da şərəf qonağı olduğu məlumdur.
Dünyanın ən səssiz bölgəsində belə, ABŞ-da yaşanan gərginliyin təsiri görünməkdədir. Bu gərginlik keçmişdə qurulan və “əsla pozulmaz” deyilən ortaqlıqları da sarsıtmağa başlayıb. Bəziləri yeni ortaqlıq axtarır, bəziləri də kirli keçmişi üzündən ortaqlığa bağlı qalaraq gözləyir. Çox önəmli bir güc halına gəlmisənsə, keçmişində unutmaq istədiyin günlər vardır. Manafortun zehnində də bir çox adamın bu günlərinə şahidlik etdiyi anlar vardır. Manafort adi insan deyil. Həbsə atılması da, həbsdən çıxması da önəmlidir. Manafortun yaddaşında Trampla bağlı da bir çox gizli həqiqət var. “Dərin Amerika” Trampla bağlı olan bu gizli həqiqətləri də öyrənmək istəyir.
ABŞ-ın qəlbi olan Vaşinqtonda bir söz var: “Masada iki nəfər varsa, sirr yoxdur!” Bu səbəblə, Vaşinqtonda hər kəsin bir sirri var, ancaq bu, reallıqda sirr deyil. Ələlxüsus da, adı çəkilən bütün şəxslərin dosyeləri kəşfiyyat qurumlarında mövcuddur. Güc balansının dəyişməsinə uyğun olaraq, ortaya çıxar. Ya da ortaya çıxmadan həmin şəxslər, dosyenin tələbiylə, ortadan qaldırılar. ABŞ-dakı bu dəyişiklikdən və mübarizədən kimsə qaça bilməz.
Bu, bütün paytaxtlara, təbii ki, Ankaraya da təsir edəcək. Hər şeyi dəyişəcək bir fırtınanın ərəfəsindəyik. İttifaqlar da, düşmənçiliklər də yer dəyişdirəcək. Bu səbəblə, ABŞ-ı çox yaxşı izləmək şərtdir. Obamanın həbs edilməsinin belə, gizli gündəlikdə olduğunu yazmışdım. Durum bu qədər kəskindir. Şəxslər vasitəsilə izləri təqib edin, gedən böyük mübarizəni görün. Sonra koronavirus pandemiyasının nələr gətirəcəyini düşünün.
Qeyd: Pol Manafort Pensilvaniyada saxlandığı “FCI Loretto” həbsxanasından 2024-cü ildə çıxacaqdı. O, “koronavirus infeksiyasına yoluxmasın” deyə azad edildi. Ancaq hələ ki, “FCI Loretto” həbsxanasında tək bir yoluxma halı belə, qeydə alınmayıb.
Tərcümə Strateq.az-ındır