Bu gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını qəzaya düşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Məlumata görə, hadisə zamanı nazir Heydərov özü də avtomobildə olub.
Avtoqaəzada iştirak edən digər maşının markası “Maserati” imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qısa zamanda nazirliyin avtomobili alovlanıb.
Qəza anının videosundan görünür ki, qəza nazirinin sürücüsünün yolu qırmızı işıqda keçməsi səbəbindən baş verib. əldə edib. Həmin görüntüləri təqdim edirik: