Lerik rayonunun Piran ərazisindəki meşə massivi yanır.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Sadıqov APA-ya bildirib ki, yanğın yerli meşə təsərrüfatına məxsus 2 hektaradək ərazini əhatə edib.
Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar. Yanğının əhatə dairəsinin genişlənməməsi üçün iri çalalar qazılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın bələdiyyə ərazisində başlayıb, sonradan yüksək dağlıq meşə fondu torpağına keçib. O, yanğının 2 hektaradək ərazini əhatə etdiyini qeyd edib, hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlərin görüldüyünü deyib.