Polisə "zibil atanların saxlanması": Aydın Mirzəzadə və Bəxtiyar Hacıyevin şərhində

9-06-2020, 09:05   



Video açılmırsa, YouTube-dan izləyin.

Sosial mediada yayılmış videokadrlarda ikigünlük təcrid zamanı yaşayış binasının qarşısında azı 4-5 polisin bir nəfəri güclə qara rəngli maşına mindirildiyi görünür. Həmin kadrlarda bəzi bina sakinləri isə buna müxtəlif cür etiraz edirlər, sakinin aparıldığı maşına sarı müxtəlif əşyalar atdığı təsvir olunub.

Sosial şəbəkələrdə yayılmış ikinci video kadrlarda Çevik Polis Alayının 100-dən çox əməkdaşının Dadaş Bünyadzadə küçəsində yerləşdiyi iddia edilən həmin yaşayış məhəlləsinə gələrək sakinlərinin polisə müxtəlif əşya atdığı binaya daxil olduğu, sonra bəzi sakinləri polis maşınına apardığı, bu zaman bəzilərinə zor tətbiq edildiyi görünür. Video kadrlarda bəzi sakinlərin hətta yarıçılpaq halda aparıldığını müşahidə etmək olar.

Daxili İşlər Nazirliyi bazar ertəsi yaydığı məlumatda bildirir ki, ilkin olaraq saxlanan şəxs karantin rejiminin qaydalarını pozduğu üçün saxlanıb.

Nazirliyin açıqlamasına görə, bundan sonra bina sakinləri eyvan və pəncərələrdən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atıb, onları təhqir edib.

"Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb," - məlumatda deyilir.

DİN saxlanan şəxslərin "törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün" zəruri araşdırmaların davam etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya sosial mediada yayılmış video kadrlarda əks olunmuş zorakılıqla bağlı cavab almaq mümkün olmayıb.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi iyunun 15-dək uzadılıb.

Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaltsa da, iyunun 6-dan 8-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində ev təcridi tətbiq edilib.

Bu ərazilərdə yaşayan sakinlərə yaşadıqları və ya olduqları yeri tərk etmək qadağan edilmişdi, bu barədə Baş nazir Əli Əsədov qərar verib.

Aydın Mirzəzadə və Bəxtiyar Hacıyev


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.