Dollar imperiyasının sonu: ölkələr ABŞ pulundan İMTİNA EDİR

10-06-2020, 16:28   
 

Çinin neft alışında dollardan imtina edərək, milli valyutaya – yuana keçməsindən sonra Hindistan da eyni addımı atıb.

Publika.az
 xəbər verir ki, Çinin dünyanın ən böyük neft idxalçısı olaraq, neft alışını milli valyuta ilə həyata keçirməsi dollara ciddi zərbə oldu. Çin yuanının arxasında qızıl zəmanəti olması bu valyutanı digər ölkələr üçün cəlbedici edir.

Analoji addımın Hindistan tərəfindən atılması dollara ikinci ağır zərbə oldu. Dünyanın ən böyük neft idxalçısı Çindirsə, bu sırada ikinci yerində Hindistan gəlir. Hindistan artıq dollar idxalını milli valyuta – rupe ilə həyata keçirmək qərarına gəlib.

İki ən böyük neft idxalçısı olan bu ölkələrin belə addım atması əsas gəliri neft satışından olan ölkələrin də dollardan imtinası ilə nəticələnə bilər.

Hələ Niksonun dövründə ABŞ dollarla qızılın bağlantısını aradan qaldırmış, dünyanın ən iri həcmli ticarət məhsulu olan neftin satışının və alışının dollarla edilməsini təmin etmişdi. Beləliklə, dollar dünyanın maliyyə taxtının sahibi olmuşdu. Artıq dövr dəyişir və belə görünür ki, dollar imperiyasının sonu yaxınlaşmaqdadır. Ölkələr maliyyə rezervlərini qızıl üzərində saxlamaq istiqamətində yeni addımlar atırlar.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.