Bioloq koronavirusun təəccüblü xüsusiyyətlərini ortaya qoydu: “Sağalan xəstələrin bədəni…”

11-06-2020, 13:43   

Corc Mason Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova hesab edir ki, koronavirusdan sağalanlar tibbi nəzarətsiz qalmamalıdır.

“Life.ru” xəbər verir ki, mütəxəssisin sözlərinə görə, COVID-19-dan sağalan xəstələrin bədəni fiziki məşqlər, təmiz hava və yaxşı yuxu tələb edir, odur ki, reabilitasiya müddəti nisbətən uzun olacaq. Bundan əlavə, həkimlər onlar üçün vitamin və əlavələr təyin edə bilər.

“Sağalan xəstələr pandemiyadan sonra da özlərini yüz faiz sağlam hesab edə bilməyəcəklər”, – Baranova çıxışında izah edib.

Bioloq qeyd edib ki, sağalandan dərhal sonra xəstələr sağlam həyat tərzinin şərtlərinə əməl etməlidir. O, simptomların yoxa çıxmasından bir həftə sonra sağalanların əksəriyyətinin başqaları üçün təhlükəli olmadığını açıqlayıb. Eyni zamanda vurğulayıb ki, koronavirus 10 gündən sonra bəzi xəstələrə qayıda bilər. İnfeksiyaya davamlı immunitet bütün xəstələrdə qazanılmaya bilər: xəstəliyi yüngül keçirənlərdə immun reaksiya qala bilməz.

Baranova alimlərin infeksiyanın böyrəklərə təsirini sübut etdiyini xatırladıb, odur ki, qan biokimyası götürülməli və analizlərdə qlomerular filtrasiya dərəcəsi göstəricilərinə baxılmalıdır. (publika.az)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.