Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti paytaxt Tiflis şəhərində qətl hadisəsi törətmək istəyən Rusiya vətəndaşını saxlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rəsmi məlumatda onun adı hələ ki göstərilmir və yalnız ad və soyadının baş hərfəri -V.B.- qeyd olunur. Media üçün verilən materiallarda öldürülməsi istənilən şəxsin adı da açıqlanmayıb.
Gürcüstanın “Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiya keçirdiyi mətbuat konfransında gürcü əks-kəşfiyyatçılarının tutduğu əcnəbi vətəndaşın isminin Vasambek Bokov olduğunu bildirib. Onun sözlərinə görə, həmin adam İnquşetiyadan gəlib və əsas məqsədi Rusiya prezidenti Vladimir Putini efirdə söyməklə məşhurlaşan jurnalist Georgi Qabuniyanı öldürməkmiş.
Saxlanınlan rusiyalı hazırda saxta sənəd almaqda və istifadə etməkdə ittiham olunur. Lakin Gürcüstan DTX-sı bununla daha böyük bir cinayət hadisəinin qabağını aldığını bildirir.
Nika Qvaramiyanın iddiasına görə, Vasambek Bokov Çeçenistan rəhbəri Ramzan Kadırovun əmrini icra edirmiş. Məlum olduğu kimi, Ramzan Kadırov hər kəsin gözü önündə Qabuniyanı cəzalandıracağını söyləmişdi.
Gürcüstan paytaxtına gələnə qədər V.Bokov əsasən çeçenlərin məskunlaşdığı Pankis dərəsində “Əhməd” adı altında yaşayıb. Nika Qvramiya hazırlanan sui-qəsd barədə gürcülərə Ukraynanın müvafiq kəşfyyat qurumu tərəfindən xəbər verildiyini söyləyib.
Xatırladaq ki, ötən ilin iyul ayının 7-də teleaparıcı Georgi Qabuniya “Rustavi-2” kanalının efirində Rusiya prezidenti Vladaimir Putini ünvanına nəlayiq ifadələr işlədib və ona “bütün kölələri ilə birlikdə Gürcüstandan rədd olmağa” çağırıb.
Həmin hadisə Gürcüstanın dövlət rəhbərliyi, o cümlədən prezident Salome Zurabişvili, baş nazir Mamuka Baxtadze və parlament sədri Arçil Talakvadze tərəfindən kəskin şəkildə qınanılmışdı.
İnsident Gürcüstanda hazırkı iqtidara sərt müxalif mövqeyi ilə tanınan “Rustavi-2” kanalının bağlanmasına gətirib çıxarmışdı.
Musavat.com