YARASALAR ÜZƏRİNDƏ TƏCRÜBƏ – ABŞ bioloqları uzun illər bu işlə məşğul olublar!

16-06-2020, 20:27   



Amerika Birləşmiş Ştatlarının (ABŞ) «Xəstəliklərə nəzarət və profilaktika üzrə milli mərkəzləri» adlı Federal Agentliyinin bioloqları 5 ildən artıq bir dövr ərzində yarasalar üzərində təhlükəli eksperimentlər aparıblar. Sən demə, ABŞ-da qapalı şəraitdə bütöv yarasa «kolonları» yetişdirirlərmiş.

Ən yüksək bioloji müdafiəli BSL-4 laboratoriyalarında isə amerikalı mütəxəssislər bu heyvanları (bəlkə quşları?) ölümsaçan viruslara yoluxdururlar və bununla da xəstəlik daşıyıcılarının orqanizminin çoxsaylı infeksiyalara davamlılığını öyrənirlər. Xəbər verilir ki, eksperimentlərdən sonra yarasaları öldürürlər.

Amerika Mikrobioloqları Assosiasiyasının (NCBİ) saytında birdəfəyə 3 elmi eksperimentin materialı yerləşdirilib. Yoluxdurulmuş yarasalar (onları «Misirin uçan itləri» adlandırırlar) üzərində bu təcrübələri ABŞ federal «Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə milli mərkəzi»nin (CDC) bioloqları aparıblar. Bu canlılar Cənubi Afrika Respublikasından (CAR) tutmuş Misirə, Türkiyəyə və Asiyaya qədər yayılıblar. İlk elmi işin materialları 2015-ci ildə, sonuncu isə 2020-ci ildə dərc olunub.

Altı il bundan əvvəl, bioloqlar Marburq qızdırmasının yayılmasını və ağırlıq dərəcəsini detallı şəkildə öyrənmək qərarına gəliblər. Bu xəstəlik 50-90 faiz ölümlə nəticələnir, onun daşıyıcısı rolunda isə bəzi yarasa növləri çıxış edir. Bunun üçün CDC mütəxəssisləri süni yaradılmış və bir vaxtlar Uqandadan gətirilmiş heyvan kolonlarından 30 baş seçiblər. Onlar Marburq virusunun daşıyıcıları olublar. Seçilmiş cavan erkək heyvanları 3 qrupa bölüblər və onların bədəninə MARV virusu yeridiblər. Eksperimentin 3-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci və 28-ci günləri bioloqlar hər qrupda bir baş yarasını öldürüb, analizlər götürüblər. Eksperimentlər Atlantadakı BSL-4 təhlükəsizlik səviyyəli laboratoriyalarda (milli mərkəz) aparılıb.

2017-ci ildə CDC bioloqları ABŞ Müdafiə Nazirliyindəki həmkarları ilə birgə 124 yarasanı filovirusa (Marburq və Ebola virusları) yoluxdurub, qruplara bölüblər. İki il davam edən eksperimentdən sonra isə heyanları öldürüblər (CDC təsdiqləyir).

Yoluxduruluş yarasaların öyrənilməsi üzrə ABŞ federal agentliyinin bioloqlarının sonuncu işinin nəticələrini NCBİ-nin saytında 2020-ci ilin martında dərc ediblər. Bu dəfə mütəxəssislər heyvanları Sosura virusuna yoluxdurub, onun yarasadan insana keçməsini öyrəniblər. Bu infeksiyanı ABŞ bioloqları ilk dəfə Uqandada və Cənubi Sudanda yarasa və siçovulları öyrənən həmkarlarında qeydə alıblar. Virusun daşıyıcısı rolunda “Misir uçan itləri” (yarasa) olub. Elmi işlərdə deyilir ki, iki elmi araşdırmanı qismən ABŞ milli müdafiəsinə təhlükələrin azaldılması üzrə hərbi Agentlik (DTRA) maliyyələşdirib. Bununla bərabər, daha hansı eksperimentlər üçün qapalı şəraitdə yetişdirilən yarasalardan istifadə olunduğu barədə məlumat yoxdur.

Bu arada nəticələri artıq məlum olan eksperimentlər təxminən, oxşar olub: yarasalar virusu ötürürlər, özləri xəstələnmirlər, virusu ifrazatla insanlara ötürə bilirlər.

Təhlükəli viruslarla ölümsaçan eksperimentlərin əhəmiyyəti bu il daha böyük olub. Yarasalarda öyrənilən virusa qarşı olduğu kimi, yeni koronavirusa qarşı da nə vaksin var, nə də müalicə üçün dərman. Covid-19 virusunun mənşəyi isə hələ də məlum deyil. Ona görə də elmi cəmiyyətlərdə çoxdan məntiqi sual baş qaldırıb: viruslarla eksperimentlər nə qədər vacibdir - bir halda ki, onların aparılması belə təhlükə mənbəyidir və bu eksperimentlər hansı faydanı verir?

2015-ci ildə Şimali Karolina Universitetinin, Harvard Tibb Məktəbinin, Toksikoloji Tədqiqatlar üzrə Milli Mərkəzin, İsveçrə Mikrobiologiya İnstitutunun və Uhanın Xüsusi Patogenlər və Biotəhlükəsizlik İnstitutunun alimləri SHCo14 süni yarasa virusu yaradaraq, onun insana potensial təsirini araşdırıblar. Bu barədə Paster adına Paris İnstitutunun virusoloqu Simon Veyn-Hobson bəyan edib ki, tədqiqatçılar yeni virus yaradıblar və o, insan hüceyrələrində çox yaxşı inkişaf edir.

ABŞ-ın Rutgers Universitetinin molekulyar bioloqu və biomüdafiə üzrə eksperti Riçard İbrayt isə «Nature» nəşrinə bunları deyib: «Aparılmış işlərin yeganə nəticəsi laboratoriya şəraitində yeni qeyri-təbii təhlükənin yaradılmasından ibarətdir».

Nəhayət, bir məqama da toxumağın vaxtı çatıb - bu günlərdə Qərb KİV-də yenidən belə bir qənaət yer alıb ki, yeni koronavirusun yayılmasının səbəbi Uhandakı (Çin) biolaboratoriyada baş vermiş təsadüfi sızmadır. O da məlumdur ki, Uhanda koronavirusla bağlı çoxsaylı tədqiqatlar məhz ABŞ tərəfindən maliyyələşdirilib…

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.