Epidemoloji vəziyyət nəzarətdən çıxarsa, vətəndaş məsuliyyətsizliyinin qarşısının alınması, itkilərin azaldıması üçün komendant saatının tətbiqi mütləqdir. Bu hal ölkə konsitusiyasnın 112-ci maddəsin də qeyd edilib.
Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.
Aydın Mirzəzadə (Millət vəkili): “Elə bir məqam çata bilər ki, bu minə yaxın olarsa, və ya aşağı düşməzsə, fövqəladə vəziyyət qaçılmazıdır”.
Cavid Cəfərov (Hüquq eksperti): “Epidemiya ölkə ərazisinin 25-nə kimi yayılsa, fövqəladə vəziyyət elan edilə bilər. Qanuna görə, fövqəladə vəziyyət 60 gün müddətində müəyyən edilir. Bu müddətin azalması və ya artırılması növbəti 60 gün ərzində aydınlaşdırıla bilər”.
Ələsgər Əhmədoğlu (Ekspert): “Fövqəladə vəziyyət elan edilməsi səlahiyyəti prezidentə məxsusdur. 24 saat ərzində prezidentin fərmanı PARLAMENTƏ GEDİR. Parlament də, 48 saat ərzində təsdiq edə bilər. Etməsədə FH elan edilməyə bilər”.
Fövqəladə vəziyyət tətbiq ediləcəyi halda, bu qərardan irəli gələn vəzifələr və tədbirlər yerli icra orqanları tərəfindən təyin edilən komendanta həvalə edilir.
Cavid Cəfərov (Hüquq eksperti): “İcazəli buraxılışlar, ərzaq , qida təhlükəsizliyi günün müəyyən saatlarında küçəyə çıxma, kimlərisə inzibati məsuliyyətə cəlb etmə kimi səlahiyyətlər həm komentatda olur”.
Qanuna görə, fövqəladə vəziyyət elan ediləcəyi təqdirdə azı 3 gün öncədən əhaliyə məlumat verilməlidir. Eyni zamanda bu qərarla bağlı beynəlxalq təşkilatlar da xəbərdarlıq edilməlidir. Bütün bunların qanunun izahlı şərhi olsa da, məsuliyyətli davranıb, bu vəziyyətə gəlib çıxmarıq.