Martın 27-dən etibarən bütün beynəlxalq uçuşları dayandıran Rusiyanın sərhədləri nə vaxt açacağı barədə məsələyə aydınlıq gətirilib.
“AzPolitika.info” xəbər verir ki, “Rospotrebnadzor”-un rəhbəri Anna Popova mətbuata iyunun 18-də verdiyi açıqlamada sərhədlərin açılmasının koronavirusun “reeksportu” təhlükəsinin aradan qalxmasından sonra mümkün olacağını bildirib.
Bu, o deməkdir ki, hökumət yalnız yenidən koronavirusun ölkəyə xaricdən daxil olmayacağına əmin olduqdan sonra sərhədləri açmaq niyyətindədir.
Bundan öncə isə Kremlin təmsilçisi Sergey İvanov deyib ki, sərhədlər digər ölkələrlə eyni vaxtda və onlarla qarşılıqlı razılaşma əsasında açılacaq. İyunun 8-də isə Baş nazir Mixail Mişustin bildirib ki, ölkə vətəndaşlarının iş, təhsil və müalicə üçün xaricə çıxmasına icazə verilir. Lakin qeyd olunur ki, bu, onların üz tutduqları ölkələrin icazəsinə bağlıdır. Bununla yanaşı, Rusiya klinikalarında müalicə üçün müraciət edən xarici vətəndaşların ölkəyə girişinə icazə verilir.
“AzPolitika.info”