Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR: Gələn həftədən... - Deputat AÇIQLADI

18-06-2020, 16:45   



Xəbər verdiyimiz kimi bu gündən "Azərbaycan Hava Yolları" Bakı-Naxçıvan-Bakı istiqamətində daxili reyslərin yerinə yetirilməsinə başlayır. Gələn həftədən rayonlara da gediş-gəliş bərpa oluna bilərmi?

Bununla bağlı danışan deputat Nəsib Məhəməliyev bildirib ki, insanların bölgələrə axışması əsasən yay mövsümü ilə əlaqədardır:

"Aydın məsələdir ki, yaz və yay aylarında insanlar təbii olaraq vaxtlarının əksər hissəsini təbiətin qoynunda, açıq havada keçirməyə üstünlük verirlər. Bu anlaşılandır. Hər bir insanın sağlam yaşaması, səhhətində yaranan problemlərin aradan qaldırılması üçün təmiz hava, yaşıllıq faktorunun əhəmiyyəti danılmazdır. Ancaq indi dünya ölkələri koronovirus pandemiyası ilə mübarizə aparır və onun yayılmasının qarşısını almaq üçün müəyyən məhdudlaşdırıcı addımlar atılır. Əgər məhdudlaşdırıcı tədbirlər olmasa, qısa zamanda proses nəzarətdən çıxa bilər və bunun qarşısını almaq qeyri-mümkün olar. İnsanların bölgələrə gediş gəlişinin hansı şərtlərlə təmin olunmasını ancaq hərtərəfli ciddi təhlillər aparıldıqdan, ölkə ərazisində koronovirusun coğrafiyasını öyrəndikdən, əhali və yerlərdə xidmət sektorunun davranış qaydaları karantin rejiminə uyğunlaşdırıldıqdan sonra bərpa olunması doğru olardı. Odur ki, hətta Bakı şəhərində belə, vətəndaşlarımızın əksəriyyətinin davranışları yaranmış şəraitə uyğun deyil. Bir çox bölgələrdə isə koronovirusun olduğuna şübhə ilə yanaşılır. Artıq danılmaz faktdır ki, son günlərdə regionlarda yoluxma hallarının sayı çoxalıb. Əgər belə davam edərsə, yaxın vaxtlarda virusa yoluxanların sayında ciddi artımın şahidi olacağıq və karantin rejimi daha uzun zaman üçün tətbiq olunacaq".Sonxeber.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.