Xəstələr evdə müalicə olunacaq: TƏBİB həkim problemini necə həll edəcək? - RƏSMİ

19-06-2020, 14:55   


Xəstələr evdə müalicə olunacaq: TƏBİB həkim problemini necə həll edəcək? - RƏSMİ

Azərbaycanda koronavirus xəstələrinin evdə müalicəsinə başlanacaq.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, bu prosesə tezliklə start veriləcəyini və hazırlıq işləri görüldüyünü deyib. Söhbət simptomsuz və ya çox xəstəliyi yüngül keçirənlərdən gedir. Ramin Bayramlının sözlərinə görə, orta ağır və üzəri bütün risk qrupu olan, 45 yaşdan yuxarı şəxslər xəstəxanaya yerləşdiriləcək. 45 yaşdan aşağı simptomu zəif olan xəstələr isə evdə müalicə olunacaq.

Koronaviruslu xəstələrin evdə müalicəsinə başlanarsa, həkim kadrları çatacaqmı? Tibb Universitetinin yuxarı kurs tələbələri bu məqsədlə səfərbər oluna bilərmi?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Cebhe.info-ya açıqlamasında kadr çatışmazlığı ilə hər hansı problem yaşanmayacağını deyib:

“Koronaviruslu xəstələrin evdə müalicəsinə qərar verilsə də, hələ tətbiqinə başlanmayıb. Tətbiqi icrasına başlayandan sonra evdə təcridlə bağlı xüsusi metodki göstərişlər olacaq. Orada vətəndaşa və tibb işçisinə nəzərdə tutulmuş bəndlər yer alacaq. Ümumi nəzarət isə həkimlərə həvalə olunacaq. Bilirsiz ki, kifayət qədər sahə həkimlərimiz var. Uyğun olan ünvana görə xəstələr sahə həkimləri tərəfindən daimi nəzarətdə və ünsiyyətdə olacaqlar. Kadr çatışmazlığımız bu sarıdan olmayacaq. Tibb Universitetinin yuxarı kurs tələbələrinin bu işə səfərbər olunması mümkün deyil. Hüquqi tərəfdən onların nə diaqnoz qoymağa, nə də müalicə yazmağa ixtiyarları var”.

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.