“Evinə gələn qonaqdan yoluxub”- Müavini koronavirusa yoluxan icra başçısı da test verib

19-06-2020, 15:05   


“İcra başçısı və digər əməkdaşlar da koronavirus testindən keçirilib”.

Bu barədə Musavat.com-a açıqlamasında Samux rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektoru şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki,  icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Qəzənfər Əliyevin koronavirusa yoluxmasından sonra icra hakimiyyətinin başçısı və bütün əməkdaşları koronavirus testindən keçiriliblər. Qeyd edilib ki, onlarda yoluxma müəyyən edilməyib.

İnformasiya təminatı və təhlili sektorundan onu da bildiriblər ki, Qəzənfər Əliyevin müalicə aldığı xəstəxana ilə mütəmadi olaraq əlaqə saxlayırlar: “Xəstəxanadan son olaraq bildirildi ki, Qəzənfər Əliyevin səhhəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq”.

İcra hakimiyyətindən verilən məlumata görə, Qəzənfər Əliyev koronavirusa evlərinə gələn qonaqdan yoluxub: “Ailə üzvlərindən virusa yoluxan yoxdur. Hamısının səhhəti normaldır. Qəzənfər müəllim səhhətində problem olduğunu bildiyi ilk gündən işə çıxmır”.

İlkin Muradov,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.