"Koronavirusa yoluxanların yenidən bu virusa yoluxması ilə bağlı dəqiq bir söz söyləmək mümkün deyil”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, Azərbaycanda hazırda bu xəstəliyi keçirmiş insanlarda seroloji testlər aparılır: “Bu, xəstəliyi keçirmiş insanlarda immunitetin yaranıb-yaranmamasını üzə çıxarmaq üçündür. Ancaq pnevmoniya ağır haldır. Ona görə də bunu keçirmiş insanlar özlərini qorumalıdır. Koronavirusa ikinci dəfə yoluxma ilə bağlı dünya təcrübəsində az hal var”.