İki həftəlik karantinin astroloji səbəbi varmış... – Rəhimli

20-06-2020, 14:51   

 


   
İyunun 21-də Bakı vaxtilə 10:41-də ilin 3-cü astronomik hadisəsi - Qövsvari Günəş tutulması baş verəcək. İki həftəlik karantinin məhz bu təqvimdən start götürməsində kosmik qanunauyğunluqlar var.
Axar.az xəbər verir ki, bu sözləri astroloq Səbuhi Rəhimli iki həftəlik karantin rejiminin məhz 21 iyun-5 iyul aralığına təyin edilməsinin astroloji səbəbləri barədə danışarkən deyib.
S.Rəhimli bildirib ki, iyunun 21-də Bakı vaxtilə gecə saat 02:32-də (yəni bu gecə) Günəş xərçəng bürcünə daxil olacaq:
“Sadə dillə desək, xərçəng bürcü başlayacaq ki, bu da astronomik təyinatlara görə yayın başlanmasını göstərir. Amma məsələ bununla da bitmir. Məhz iyunun 21-də Bakı vaxtilə 10:41-də ilin 3-cü astronomik hadisəsi - Qövsvari Günəş tutulması baş verəcək. İki həftəlik karantinin məhz bu təqvimdən start götürməsində kosmik qanunauyğunluqlar var.
Keçək 5 iyula. Məhz həmin gün də tutulma olacaq. Bakı vaxtilə səhər saat 08:44-də yarıkölgəli Ay tutulması baş verəcək. Hələ qədimlərdə iki astronomik tutulma arasındakı müddəti (15 gün) təhlükəli, şərin gücləndiyi dövr hesab edirdilər. Həmin yarım ayda toy etməz, müharibəyə başlamaz, ev tikməz, iş danışıqları aparmazdılar. Hökumətimiz də məhz bu amilləri nəzərə aldığından şərin (oxu: pandemiyanın) əl-qol açmasına macal verməməkdə israrlıdır. Başqa səbəb görmürəm”.
Astroloq bildirib ki, hər iki tutulma Azərbaycandan çox-çox uzaqlarda olacağı üçün müşahidə etmək xoşbəxtliyindən məhrum olacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.