Sabahdan yalnız bu mağazalar işləyəcək — SİYAHI

20-06-2020, 15:13   


Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun – 5 iyul tarixlərində ölkənin bir sıra şəhərlərində tətbiq edilən sərt karantin rejimi qaydalarının bəzi bəndlərinə aydınlıq gətirib. Belə ki, qərara əlavənin 5.5-ci bəndində fəaliyyətinə icazə verilmiş "məişət xırdavatlarının satışı məntəqələri”nə hansı mağazaların aid olduğuna dair vətəndaşlarda sual yaranıb.

 

Demokrat.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov açıqlamasında bildirib ki, bura yalnız xırda məişət avadanlıqları satan obyektlər daxildir:

 

"Yəni, cəmiyyətdə "1001 xırdavat” adı ilə tanınan mağazalar. Deyək ki, ev üçün lazım olan elektrik lampası, su kranları və ya digər zəruri məhsullar satan mağazalar fəaliyyət göstərə biləcək. Həmin şəxslər də icaze.e-gov.az portalında qeydiyyatdan keçdikdən sonra işləyə bilərlər. Telefon, kompüter, gül və digər satış mağazalarının yerində xidmət, satış həyata keçirməsinə icazə verilmir. Onlar yalnız onlayn qaydada satış və çatdırma edə bilərlər”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.