Türkiyəli gənc "yutuber" maraqlı sosial eksperiment keçirib.
Musavat.com xəbər verir ki, Mehmet Ali Ek adlı “yutuber” eksperiment zamanı Azərbaycan bayrağını "yandırmaq" istəyib.
Bu zaman ətrafdakı insanlar ona mane olub. Bayrağı yandırmağa etiraz edən türkiyəli vətəndaşlar Azərbaycanın qardaş ölkə olduğunu, bayrağı yandırmağa icazə verməyəcəklərini bildiriblər.
Bəziləri isə gənc yutuberin bu hərəkətinə çox sərt reaksiya verib.
Mehmet Ali Ek sözügedən sosial eksperimentin görüntülərini “YouTube” hesabında paylaşıb.
Musavat.com həmin görüntüləri təqdim edir: