Nazirlik 190 manatla bağlı qərar veribmi? – Açıqlama

22-06-2020, 15:09   

İşsiz vətəndaşlara 190 manatın birdəfəlik yardımın verilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Bunu Qaynarinfo.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov 15 günlük sərt karantin rejiminin elan edilməsi ilə bağlı işsiz vətəndaşlara 190 manatın birdəfəlik yardımın verilməsindən danışarkən deyib. Fazil Talıbov bildirib ki, bu barədə mətbuata məlumat veriləcək.

Qeyd edək ki, koronavirisun yayılmasının qarşısının alınması səbəbindən ölkədə Operativ Qərargah tərəfindən yenidən 15 günlük sərt karantin rejimi tətbiq olunub. İqtisadçılar bununla bağlı işsiz kimi qeydiyyata alınan vətəndaşlara 190 manatın verilməsi təklifi ilə çıxış edib.

Xatırladaq ki, bundan öncə respublikada elan olunan karantin rejimi vaxtlarında aprel və may aylarında işsiz vətəndaşlara 190 manat yardım edilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.