Hər gün Azərbaycan mətbuatında və sosial şəbəkələrdə ölkə hökuməti yanında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yarıtmaz fəaliyyətinə dair sübutlar dərc olunur.
Müraciətlərin müəllifləri - ölkə vətəndaşları vaxtında tibbi yardım almayan xəstə ailə üzvlərinin ölümündən bəhs edirlər.
Cəmiyyətə təsir edən ilk belə açıq məktubu jurnalist Seymur Kazımov TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlıya ünvanlayıb. Məktubda onun atasının ölümü, təcili tibbi yardımın və xəstəxanaların koronavirus testinin nəticəsi barədə arayış olmadan onu xəstəxanaya yerləşdirməkdən imtina etməsinin təfərrüatları Turan-da
“Ölkədə tanınmış jurnalistin atası TƏBİB-in qeyri-peşəkarlığı səbəbindən vəfat edib” məqaləsində dərc olunub.
Seymurun iyunun 15-də dərc edilmiş açıq məktubuna TƏBİB-dən cavab verilməyib, - S.Kazımov Turan-a bildirib. O əlavə edib ki, TƏBİB-in nümayəndəsi xəstələrin xəstəxanaya yerləşdirilməsindən imtina etmədiklərini iddia edərkən həqiqəti söyləmir. “Klinikaların kovid testi üzrə nəticəsi olmayan və ya mənfi nəticəli xəstələri qəbul etməkdən imtina etməsi barədə onlarla fakt mövcuddur”.
Xəstəxanalarda boş çarpayıların olmamasının səbəblərindən birini S.Kazımovun məlumatının altındakı müzakirələrdə oxucu Səbinə Nəzərova açıqlayıb. Oxucu israrla bildirir ki, ona yaxın zəngin insanlar hər ehtimala qarşı əgər xəstələnərlərsə kovid xəstəxanalarında özləri və ailə üzvləri üçün yerlər sifariş ediblər.
Ölkədə tanınmış vəkil Şəhla Hümbətovanın xalası “103”-ə israrlı zənglərə baxmayaraq, tibbi yardım almadan dünyasını dəyişib. Üç gün ailəni koronavirus testinin nəticəsini gözləməyə məcbur ediblər.
Jurnalist Xaqani Səfəroğlu TƏBİB rəhbərinə müraciət edərək 1 saylı Bakı Kliniki Tibbi Mərkəz (“Semaşko”) ilə təcili məşğul olmağa çağırıb. Orada xəstələr həkim müayinəsi, dərman tələb edirlər. Xaqaninin qohumu bu xəstəxanaya aparılıb. Orada baş verənlərdən dəhşətə gəlib. Xəstəxanada həkim yoxdur, həkimdə dərman yoxdur, xəstələr ağrıdan qışqırırlar, jurnalist xəstəxanın məlum yeddi telefonu ilə kimə müraciət edibsə hər kəs deyib ki, bu, onların problemi deyil.
TƏBİB “Semaşko”nu həbs düşərgəsinə çevirib: informasiyanın gəlmədiyi qapalı məkan, həkimdən xəstənin vəziyyətini soruşmaq mümkün deyil”, - X.Səfəroğlu yazıb.
Jam-news saytı Azərbaycanın koronavirus ilə mübarizədə nöqsanları haqda məqalə dərc edib. Yazıda xəstə bakılı qadının əhvalatından bəhs olunur. TƏBİB virus üçün müsbət test haqda arayışı xəstənin özünə vermir. Məlumat yalnız elektron formada verilir. “O, testin nəticələrinin ələ verilməsini xahiş etdikdə ona cavab veriblər ki, verməyəcəklər və prezidentin əmri belədir”.
Testin müsbət nəticəsi barədə sənədli sübut olmadığından sonradan dövlət təşkilatı ilə məhkəmə çəkişməsi aparmaq çətindir.
Medprosvet.az tibb saytının dərc etdiyi məktublarda oxucular koronavirusa yoluxanların çətinlikləri haqda məlumat verirlər:
“M. F., 37 yaş. 19.06.2020 tarixində testin nəticəsi gəldi, məlum oldu ki, mənim nəticəm müsbətdir. 20.06.2020-ci il saat 15.00-da qeydiyyatda olduğun A.A.Kazımov adına 1 saylı şəhər poliklinikasının sahə həkimi mənə zəng edib vəziyyətim barədə soruşdu.
Asimptomatik xəstə olduğumu və xəstəliyin əlamətlərinin olmadığını öyrəndikdən sonra profilaktik dərmanlar yazdı və 14 gün evdən çıxmamağı məsləhət gördü. Bülleten açılması tələbimə cavab verdi ki, koronavirus xəstələrinə arayışın verilmir, “icazə yoxdur”. İndi də poliklinika bülleten verməkdən imtina edir, kadrlar şöbəsi isə bülleten olmadan əməkhaqqı hesablanmaqdan imtina edir. Nə etməliyəm?"
https://med-prosvet.az/ru/blog/240Oxucu Şəbnəm Ağayevadan ikinci məktub. Məktubun Azərbaycan dilində əsli aşağıdakı linkdə verilib:
https://med-prosvet.az/az/blog/222- Xəstənin adı Səbinə Şıxheybət qızı İsmayılovadır (Qusar rayonunda qeydiyyatdadır). 3 həftəyə yaxındır ki, quru öskürəyi vardı, əlavə olaraq da tiroidit. 2 həftə öncə Qusar rayonunda ağciyərlərini yoxlatmaq üçün KT-yə düşdü, müayinə təmiz çıxdı. Bakıya qayıdandan sonra öskürəyi kəskinləşdi. Artıq bəlğəmli öskürəyə çevrildi və boğulmalar başladı. Təngnəfəslik də əlavə olundu. Və kürəyi ağramağa başladı, ağciyər tərəfdə də ağrılar vardı. Qızdırma isə 38-39 idi.
09.06.2020-ci il tarixində axşamüstü bizdən gəlib koronavirus üçün analiz götürüldü, evdə 3 nəfər qalırıq. Səbinənin vəziyyəti çox ağırdır. Digər iki nəfərdə 4 gündür qızdırma 37-dən düşmür. 09.06.2020-ci il tarixində təcili yardım həkimi koronavirusla bağlı yaxma götürərkən dedi ki, Səbinənin vəziyyəti ağırdır, xəstəxanaya aparmaq lazımdır. Dedilər ki, xəstəxanada yenidən KT-yə salınacaq, cavab çıxan kimi Astaraya aparacaqlar. Çünki Bakıda yer yoxdur artıq. Axşam olduğu üçün KT-yə sala bilmədilər. Xəstəni müayinə etmədən Astaraya göndərmək təklif olundu. Xəstə soruşdu ki, Astarada ciyərləri dəqiq yoxlanılacaq? Təcili yardım həkimi dedi ki, xeyr, Astarada KT müayinəsi yoxdur. Xəstə də yoxlanılmadan getməkdən imtina etdi. Onu evə qaytardılar. Sonra dəfələrlə TƏBİB ilə, “qaynar xətt”lə, Səhiyyə Nazirliyi, Operativ Gərargahla əlaqə saxlanıldı. Dedilər ki, xəstə xəstəxanaya aparılmalıdır, 103-ə zəng edin. 103 gəldi, bizə bildiyimiz eyni məlumatları verdi və əlavə etdi ki, xəstəxanalarda yer yoxdur. Çıxıb getdilər. Ağır xəstədə ishal və qusma başladır. İyunun 10-da xəstə Diaqnoz Tibb Mərkəzinə müraciət etdi və yenidən KT-dən keçdi. KT-nin cavabı: sol ağciyərin bazal seqmentlərində “buzlu şüşə” görünümdə opasifikasiya sahələri, lazerobazal seqmentdə isə plevroparenximal konsolidasiya izlənilir.
0124924161, 0125050330, 0124927554, 0125051333, 0125657103, 103, 102, 1542, 0125659106, 0125654106, 9103 nömrəli telefonlarla əlaqə saxlanılıb.
Təcili yardım gəlir, ancaq məsləhət verirlər. Köməklik göstərilmir. 3-cü gündür ki, Operativ Qərargahla əlaqə saxlayırıq. Deyirlər ki, şikayətiniz qəbul olundu, lakin hələ də bir cavab yoxdur. Ən son dünən gecə saat 02:00-da təcili yardım gəldi. Qızın halı pisləşmişdi. Yenə köməklik göstərilmədi. Mərkəzə zəng etdilər yanımızda, soruşdular. Mərkəzdən cavab verdilər ki, yer yoxdur, nə Bakıda, nə də ki rayonlarda.
Özəl klinikalar da götürmürlər xəstəni, diaqnozu deyən kimi kənar dururlar. “Virus olduğu halda biz qəbul etmirik. Dövlət köməklik göstərməlidir”.
Dünən gecə 02:00 radələrində gələn təcili yardım həkimi dedi ki, Bakıda yeni açılan xəstəxanalara hər adam götürülmür, ancaq vəzifəlilər götürülür. Biz də əmrə tabeyik. Heç nə edə bilmərik təəssüf ki. Xəstə evdə müalicə olunsun. Səbinə evdə müalicə alacaq vəziyyətdə deyil artıq. Boğulmalar uzun çəksə, biz evdə nə edə bilərik?, - məktub müəllifi sual edir.
“Bu, xəstələrdən eşitdiyimiz onlarla oxşar hadisələrdən biridir. Test mənfi. KT şəkli spesifikdir. Klinik olaraq pasiyent orta ağır və ya ağırdır. Xəstə xəstəxanaya yerləşdirilmir. Operativ Qərargahından bu işə OPERATİV reaksiya verilməsini xahiş edirik”,- Medprosvet çağırış edir.
Bakıdakı 1 saylı Kliniki Xəstəxananın pasiyentinin orada istifadə olunan dərmanlar və həkim-infeksionistlərin olmaması ilə bağlı şikayətinə TƏBİB-dən rəsmi cavab alınıb və dərc olunub.
“Dünyada koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün təkcə həkim-infeksionistlər deyil, digər profilli həkimlər də cəlb olunub. Həmçinin Azərbaycanda bütün ixtisaslar üzrə həkimlər müxtəlif pandemiya xəstəxanalarında xəstələrə xidmət göstərirlər. Amma bu, o demək deyil ki, xüsusi rejimli xəstəxanalarda müalicə özbaşına həyata keçirilir. Bütün tibb müəssisələrində müalicə tibb işçiləri üçün COVID-19 üzrə müvəqqəti təlimat əsasında tərtib edilmiş protokollara uyğun olaraq həyata keçirilir. Eyni zamanda hər xəstəxananın işini həkim-infeksionist əlaqələndirir”,- TƏBİB - in məlumatında bildirilir.
Mənbə:
https://med-prosvet.az/ru/blog/222Niyə TƏBİB vəzifəsinin öhdəsindən gələ bilmir? Koronavirusa yoluxanların və ölənlərin sayı hər gün artır. Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiyaya qarşı mübarizə tədbirləri gözlənilən effekti vermir. Eyni zamanda qonşu Gürcüstanda sutka ərzində yoluxanların sayının iki dəfə artdığını bildirirlər... yoluxanların sayı iki nəfərdən dörd nəfərə qədər artıb!
Ekspertlər Turan ilə söhbətdə Azərbaycanda məhv edilmiş və mövcud olmayan müstəqil vətəndaş cəmiyyətindən danışırlar, əgər bu cəmiyyət mövcud olsaydı, dövlət qurumlarının fəaliyyətinə nəzarət edə, hətta pandemiya ilə ümummilli mübarizəyə rəhbərlik edə bilərdi. Bu barədə medprosvet saytının lideri Zaur Oruc Turan-a müsahibəsində deyib.
Əslində başqa şey baş verir. TƏBİB-in mətbuat konfransına “etibarlı” KİV və jurnalistlər buraxılırlar. “Meydan” TV-nin brifinqlərdə iştirakı qadağandır. Hakimiyyətin nəzarətində olan saytlar həqiqəti dərc etməkdən imtina edirlər. Faktiki informasiyanın olmaması, rəsmi bəyanatların real hadisələrlə uyğun olmaması oxucular tərəfindən müşahidə edilir və karantin tədbirlərinə inamsızlıq yaradır. Adamlar maska taxmaqdan, evdə karantinə tab gətirməkdən imtina edirlər. Ölkənin ən böyük ictimai təşkilatı – hakim Yeni Azərbaycan Partiyası koronavirusa qarşı mübarizədən özünü kənarlaşdırıb, halbuki, əgər doğrudan da orada bir neçə milyon üzv varsa, vətəndaşların koronavirusdan qorunması üçün şəxsi təhlükəsizlik qaydalarına kütləvi əməl olunması ilə bağlı kampaniya apara bilərdi.
.turan.az
2020 İyun 24 ( Çərşənbə ) 07:02:57