Peyvənddən asılı dünya iqtisadiyyatı: "Əgər tapılmasa..." - TƏHLÜKƏ

24-06-2020, 13:29   


Peyvənddən asılı dünya iqtisadiyyatı: "Əgər tapılmasa..." - TƏHLÜKƏ

Koronavirus pandemiyası dünya iqtisadiyyatına böyük zərbə vurdu.

Mütəxəssislər qeyd edir ki, dünya iqtisadiyyatı durğunluq dövrü yaşamadan birbaşa tənəzzülə keçdi. Artıq ölkə liderləri də iqtisadiyyatların böhrana düşdüyünü bəyan edir.

Ötən gün Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində koronavirus pandemiyasının dünya ticarətinə böyük ziyan vurduğunu və qlobal böhranın başlandığını bəyan edib. Prezident bildirib ki, hələlik böhranın miqyasını dəyərləndirmək lazımdır. Bununla belə, o qeyd edib ki, bütün ölkələrdə işsizlik kimi problem özünü göstərib, bu vəziyyət Rusiyada da müşahidə olunur. Prezident 2021-ci ildə əmək bazarının bərpası barədə göstəriş də verib.

Maraqlıdır, Rusiya kimi böyük iqtisadiyyatı olan ölkədə böhran başlayırsa, Azərbaycanın durumu necə olacaq?

Nəzərə alaq ki, Azərbaycanın Rusiya ilə iqtisadi baği daha çoxdur. Amma alternativ fikir də var ki, bu böhran iqtisadiyyatı böyük olan dövlətlərə daha çox ziyan vuracaq, nəinki iqtisadiyyatı kiçik olanlara.

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında böhranın bütün dünyaya təsir etdiyini, vəziyyətin getdikcə daha da ağırlaşacağını deyib:

“Rusiyada böhran indi yox, 10 il bundan əvvəl başlayıb. Siyasi böhran istəməyərəkdən iqtisadiyyatın onurğa sütununa zərbə endirib. Hazırkı vəziyyətdə isə koronavirus təkcə Rusiyanın deyil, bütün dünya iqtisadiyyatını sarsıdıb. Müxtəlif ölkələr artıq çoxillik anti-rekordların vurublar. Məsələn, Almaniya ÜDM-un azalmasında 1970-ci ildə yaranan böhranın səviyyəsinə enib. Avstraliya 29 il əvvəlki ÜDM azalmasını təkrarlayıb. Yaponiya iqtisadiyyatı artıq tənəzzül dövrünə daxil olub. Bu cür misalları istənilən qədər artırmaq olar”.

F.İbrahimov vurğulayıb ki, iqtisadi böhran Azərbaycandan da yan keçməyəcək:

“Rusiya rəhbəri artıq bəyan edib ki, koronavirus iqtisadiyyatı böhran vəziyyətinə gətirib çatdırıb. Eyni vəziyyət Azərbaycanda da yaranıb. Dünya bazarında ən böyük zərbə istehlak bazarına dəyir. İstehlak bazarı da istər-istəməz istehsal bazarını ləngidir. Dünya iqtisadiyyatı açıq şəkildə durğunluq dövrünə keçmədən tənəzzülə uğrayıb. Əlbəttə ki, Azərbaycanda da bu gözlənilir. İlin axırına qədər ən azından ÜDM-də azalma müşahidə olunacaq. İstəsək də, istəməsək də bunu yaşayacağıq. Bu durumdan yeganə çıxış yolu koronavirus pandemiyası ilə bağlı dünya bazarına daxil olacaq müsbət xəbərdir. O müsbət informasiya da birmənalı şəkildə konkret olaraq pandemiyanın vaksininin tapılması olacaq. Bu məlumatlar olmadığı halda, tənəzzül dövrü rübdən-rübə, ildən-ilə davam edəcək”.

Vilayət Muxtar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.