Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Narkotik asılısına mühüm vəzifə?

24-07-2014, 16:18   
Narkotik asılısına mühüm vəzifə?Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Xaçmaz rayon şöbəsində nə baş verir?!
Bu günlərdə SAVASH.ORG-a ilginc bir məlumat daxil olub. Beləki, rayon sakinlərindən aldığımız məlumata görə, əhali arasında “barıqa Əkiş” kimi tanındığı iddia edilən şəxsin adıçəkilən idarəyə vəzifəyə gətirildiyi söylənilir. Aldığımız məlumata görə bu təyinat Xaçmaz sakinlərinin etirazına səbəb olub və bu barədə artıq rayon icra başçısı Şəmsəddin Xanbabayevə müraciət hazırlanır.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, həqiqətən də bu yaxınlarda idarənin rəhbəri (rayonda qaranlıq biznez şəbəkəsinə sahibi kimi tanınan) Murad Həbibovun xeyir duası ilə işə düzələn Zülfüqarov Əkrəm adlı şəxs var. Həqiqətən də belə bir adda rayonda narkotik alveri və istifadəsi ilə məşğul olan şəxsin olduğu da bildirilir. Məsələ bundan ibarətdir ki, əgər həqiqətən də hətta qeydiyyatda olmasa belə adıçəkilən şəxslər eyni adamdırlarsa, onda bu adamın hansı məqsədlərlə vəzifəyə gətirildiyi böyük bir sual altındadır. Hətta onun bu əməllə məşğul olduğu açıq-aydın informasiyalarla xalq arasında məşhur olsa da hüquq mühafizə orqanları niyə heç bir tədbir görməyib?! Və yaxud da əgər bunu sadə adamlar bilirlərsə,niyə Ramiz Həsənov bu barədə məlumatsızdır?
Kiçik bir araşdırma ilə ortaya çıxardığımız faktları yaxın günlərdə ictimaiyyətə açıqlayacayıq. Araşdırmalarımız davam edir…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar