“ƏBƏDİ PUTİN NAMİNƏ KONSTİTUSİYA TAMAŞASI!”- Rusiyada referendum və ya Kremlin "uzağa atan" silahı...

4-07-2020, 10:05   

Rusiya Mərkəzi Seçki Komissiyası bu gün Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin nəticələrini təsdiqlədi. Bu gün həm də, prezident Vladimir Putin Konstitusiyanın yeni dəyişiklərlə birgə dərcinə dair fərman imzaladı. Dəyişikliklər sabahdan, yəni iyulun 4-dən qüvvəyə minəcək. Rəsmi nəticələrə əsasən, iyunun 25-dən iyulun 1-dək davam edən səsvermə müddətində vətəndaşların (səsvermə hüququ olan) 77,93 faizi Konstitusiyaya düzəlişləri dəstəklədi. 21.27 faiz isə dəyişikliklərin əleyhinə səs verdi.

 

NƏLƏR DƏYİŞƏCƏK?

 

Bəs, söhbət hansı dəyişikliklərdən gedir? Və ölkənin ali qanununa xeyli sayda yenilik gətirməkdə əsas məqsəd nə idi?

Əvvəla, Rusiya Konstitusiyasına düzəlişlərdə hazırkı və keçmiş prezidentlərə öz namizədliklərini daha iki müddətə irəli sürmək hüququ verilir. Bu o deməkdir ki, Vladimir Putin 2024 və 2030-cu illərdə yenidən prezidentliyə namizəd ola biləcək.

Bununla yanaşı, düzəlişlərdə hökumətin təyin olunmasının yeni qaydaları, keçmiş prezidentlərin toxunulmazlığı, baş nazir və parlamentin palatalarının səlahiyyətlərinin dəyişdirilməsi, nikahın yalnız kişi və qadın arasında bağlana biləcəyi və bir sıra başqa məsələlər əksini tapıb.

Səsvermədə iştirak edənlər dəyişikliklərə münasibətlərini ayrı-ayrılıqda yox, ümumilikdə “hə” və ya “yox” deməklə ifadə ediblər.

 

HÖKUMƏT MƏMNUNDUR, BƏS BEYNƏLXALQ ALƏM?

 

Rusiya Mərkəzi Seçki Komissiyası səsvermə dövründə 526 mindən çox müşahidəçinin Rusiyanın bütün regionlarında seçkilərə nəzarət etdiyini, baxılmağa ehtiyac yaradan hər hansı qanun pozuntusu qeydə almadığını bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə səsvermənin uğurlu nəticələrini rus xalqınının prezident Vladimir Putinə etimadı kimi qiymətləndirib. Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklər Rusiyanın daha yaxşı gələcəyinə hesablanıb.

Səsvermənin yekun nəticələri açıqlanandan sonra prezident Putindən də açıqlama gəlib və o, Konstitusiyaya düzəlişlərə səs verdiklərinə görə vətəndaşlara təşəkkürünü bildirib. Kreml rəhbəri nəticələri mövcud iqtidara dəstəyin və güvənin ifadəsi kimi dəyərləndirib.

Hökumətin mövqeyi aydındır, bəs, beynəlxalq aləm, nüfuzlu Qərb dövlətləri və təşkilatları nə düşünür?

Avropa və Amerika mətbuatı Konstitusiya dəyişiklikləri ilə bağlı yekdilliklə iki məqamın üzərində dururlar. Birincisi, odur ki, səsvermənin nəticəsi əvvəlcədən müəyyən edilmişdi. Lakin hər bir halda Putin üçün bunu bəyan etmək vacib idi.

Çünki xalq ona ölkəni bundan sonra da idarə etmək üçün mandat vermiş olurdu. İkinci məqam da odur ki, rəsmi tekekanallar və təbliğatçılar az qala, bütün düzəlişlərdən danışdılar, amma ən vacibləri barədə susdular.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.