SİRLİ PARTLAYIŞLAR SİLSİLƏSİ:Nətənz hadisəsi İranın səbrini daşdırıbmı?

8-07-2020, 12:53   



“Əl-Monitor”, 07.06.2020
 
İyulun 2-də Nətənzdəki sentrifuqa və uranı zənginləşdirmə zavodunu məhv edən partlayışdan bir neçə gün sonra İsrailin baş naziri Benyamin Netanyahu “Mossad” direktoru Yossi Koenin 5 illik səlahiyyətini artırıb. Onun səlahiyyəti müddəti bu ilin sonunda başa çatırdı. Lakin casus agentliyi direktoru daha 6 ay vəzifədə qalmasına razılıq verib. Qısa müddət sonra, iyulun 3-ü İsrail “Shavit” raketi ilə “Ofek 16” casus peykini orbitə çıxarıb.
Peyk Palmaxim hərbi bazasından buraxılıb. O, İsrailin dünyada, xüsusən də İranda baş verən hadisələri izləmək imkanlarını əhəmiyyətli dərəcədə artırır. Müasir inkişaf etmiş kamera 450 km hündürlükdən 50 santimetrə qədər kiçik əşyaları müəyyənləşdirməyə imkan verir.
“Ofek 16” Yer kürəsi ətrafında fırlanan və dünyada baş verən hadisələr barədə real vaxtda məlumat ötürən İsrailin 6 peykinə əlavədir.
Kəşfiyyat rəsmiləri hesab edirlər ki, İran indi öz “strateji səbr siyasəti”ini qiymətləndirir. İranlıların da bunu etiraf edirlər. İRNA xəbər agentliyinin şərhində deyilir: “İran indiyə qədər şiddətlənən böhranların, gözlənilməz şəraitlərin və vəziyyətlərin yaranmasının qarşısını almağa çalışıb. İslam Respublikasının “qırmızı xətlər”inin düşmən ölkələr, xüsusən sionist rejim və ABŞ tərəfindən adlanması bu strategiyanın yenidən işlənməli olduğu anlamına gəlir”.
İndi görünür ki, iranlılar, həqiqətən, kursun yenidən qiymətləndirilməsi ilə bağlı müzakirələr aparırlar. Onların səbrin hərbi nüvə ambisiyalarına və noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələri intizarına xidmət etdiyinə artıq inanmırlar.
İranda baş verən sirli partlayışlar iyunun sonlarında Parçindəki silah istehsalı müəssisəsindəki hadisə ilə başlayıb. Bunun ardınca Tehrandakı xəstəxanada yanğın, daha sonra əsas hadisə – Nətənzdəki güclü partlayış…
İsrail İran dilemmasını diqqətlə izləyir. “Mən şübhə etmirəm ki, iranlılar bu günlərdə səbr siyasəti ilə bağlı müzakirələr aparırlar”. Bunu Hərbi Kəşfiyyatın keçmiş direktoru general-leytenant Amos Yadlin deyib.
İsraildəki xəbərlərə görə, iranlılar bir müddət əvvəl dünyada, əsasən Avropadakı səfirliklərə və s. hücumlar planlaşdırıb və həyata keçirməyə çalışıblar, lakin “Mossad” Qərb tərəfdaşları ilə birlikdə bu cəhdlərin qarşısını alıb. “İsrail hər mümkün cavaba hazırlaşır. Bu, İranın vəkillərindən biri tərəfindən həyata keçirilə bilər və bunun son həftələrdə kiberhücum şəklində də olması mümkündür”.
Bununla belə, Tehranın “strateji səbr”dən qurtulduğunu göstərən açıq cavabı belə İsraili elan etdiyi bütün vasitələri istifadə etməkdən çəkindirməyəcək. Qərb kəşfiyyat mənbələri Nətənzdəki partlayışın İranın nüvə proqramını 2 il geri atdığını deyir.
“Onlar Nətənzdə mürəkkəb sentrifuqaların istehsalını başa çatdırmaq niyyətində idilər, – deyən hazırda Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun direktoru Yadlin əlavə edib: – Bu santrifuqalar İranın nüvə proqramını sürətləndirməli idi. Həmin obyektin yeraltı hissəsində işləyən köhnə santrifuqalardan altı-səkkiz qat daha sürətli olmalı idilər. Nətənz hücumunun arxasında duranlar nə etdiklərini dəqiq bilirdilər”.
General Yadlin təxribatın arxasında İsrailin durduğuna dair rəyləri təsdiqləməyib.
İsrail və İran son 2 ildə demək olar ki, açıq müharibə halına gəlib. Məlumatlara görə, İsrail və İran son iki ayda kiber hücumlar mübadiləsi edib. İsrail İranın aprel ayında supaylayıcı qurğunu sıradan çıxarmağa çalışdığını bildirsə də, may ayında İranın Bəndər Abbas limanında baş verən əməliyyata görə məsuliyyəti öz üzərinə götürməyib.
“Önümüzdəki aylarda gərginliyin artacağı gözlənilir”. Bunu inkişafları izləyən bir Qərb diplomatı “əl-Monitor”a anonimlik şərtiylə deyib. “İsrail və İranın noyabr ayına hazırlaşması, prezident Donald Trampın yenidən seçilməsi və ya Co Baydenin onu Ağ Evdə əvəz etməsi intizarı aydın görünür. İranlılar Bayden üçün dua edir, ümid edirlər ki, demokrat prezidentlə daha əlverişli nüvə sazişini imzalayacaqlar. İsrail də buna hazırlaşır”.
İsrail İranın nüvə “sışrayışı”ndan narahatdır. Qərb kəşfiyyat mənbələri bildiriblər ki, Tramp 2018-ci ilin mayında ABŞ-ı İranla sövdələşmədən çıxarandan İran parçalanan materialın zənginləşdirilməsini sürətləndirə bilən sentrifuqalarla hədəfinə doğru əhəmiyyətli bir irəliləyişə nail olub. Bu mənbələr əlavə edir ki, Nətənzdə daha sürətli sentrifuqaların məhvi İranın nüvə proqramını əhəmiyyətli dərəcədə geri qoyur.
İsrail Nətənz partlayışına və ya İranda son günlərdə baş verən digər hadisələrə görə məsuliyyəti öz üzərinə götürməyib, ancaq Yaxın Şərqdəki bir təhlükəsizlik mənbəyi “The New York Times” qəzetinə İsraili nişan verib. Bu, qəzəb doğurub, keçmiş müdafiə naziri Aviqdor Liberman baş nazir Benyamin Netanyahunu “ağzını yummağa” çağırıb. Liberman, yəqin ki, “Mossad” rəhbəri Koenə işarə edib.
Buna baxmayaraq, Netanyahunun Koeni susdurması mümkün deyil və hər halda, sızma olsa belə, Netanyahunun özü də buna icazə verib.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.