Müdafiə Nazirliyi: Ermənistana məxsus atəş mövqeləri sıradan çıxarıldı

14-07-2020, 10:04   



Ermənistanın Müdafiə Nazirliyi deyilənləri təkzib edir
Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinə məxsus atəş mövqelərini sıradan çıxardığını deyir.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu Azərbaycan tərəfinin dəqiq atəşi ilə darmadağın edilib.
“Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan Müdafiə Nazirliyinin əməliyyatı
Azərbaycan Müdafiə Nazirliyinin əməliyyatı
Mənbə: Müdafiə Nazirliyi
Ermənistan tərəfi deyilənləri təkzib edib. “Armenpress”in məlumatına görə, Müdafiə Nazirliyinin V.Sarkisyan Hərbi Universitetinin komanda və kadrlar şöbəsinin müdiri Artsrun Hovhannisyan öz “Facebook” səhifəsində yazıb ki, Ermənistan tərəfi heç bir itki verməyib.
“Azərbaycan Müdafiə Nazirliyi yaxşı keyfiyyətdə saxta videolar hazırlayır. Təxribatlara uymayın, Ermənistan Silahlı Qüvvələri vəziyyətə tam nəzarət edir. Bizdə itkilər yoxdur", - Hovhannisyan yazıb.
İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyi döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 4 əsgərinin öldüyünü, 4 nəfərin yaralandığını bildirib. Nazirlik sonradan həkimlərin səyinə baxmayaraq, yaralılardan birinin də həyatını itirdiyini qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.