ABŞ səfiri XİN-ə çağrılıb, Bakıda qadına mesaj yazan polis əməkdaşı işdən çıxarılıb, bəzi jurnalistlərə orden və adlar verilib

23-07-2020, 08:31   


XİNAZERTAG
Şəklin alt yazısı,ABŞ səfiri XİN-ə çağrılıb
ABŞ səfiri XİN-ə çağrılıb, Bakıda qadına mesaj yazan polis əməkdaşı "işdən çıxarılıb", Azərbaycan Müdafiə Nazirliyi "Azərbaycan ordusunun itki vermədiyini" bildirib, bu gün Azərbaycanda Mlli Mətbuat Günü qeyd olunur, bu münasibətlə bir qrup jurnalist təltif olunubTürkiyədə gənc qızın öldürülməsindən sonra İstanbul Konvensiyasının tətbiqi gündəmə gəlib - bu və başqa xəbərlər BBC News Azərbaycancanın icmalında.
ABŞ-ın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb, bu barədə XİN məlumat yayıb.
Məlumata görə, bu, çərşənbə axşamı günü ABŞ-ın Los-Angeles şəhərində erməni və azərbaycanlı icmaları arasında baş vermiş toqquşma ilə əlaqədar olub.
XİN bildirib ki, hadisə nəticəsində biri qadın olmaqla, yeddi azərbaycanlı müxtəlif dərəcəli xəsarətlər alıb. Sosial şəbəkələrdə yaralıların fotoları paylaşılıb.
Paylaşımını ötürün Twitter, 1Məzmun mövcud deyil
Daha çoxu üçün TwitterBBC kənar saytların məzmununa məsul deyil.

Paylaşımın sonu Twitter, 1



Xarici İşlər Nazirliyi bəyan edib ki, "Radikal erməni daşnakları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los Anceles polisi belə onların bu vandalizminin qarşısını almağa müvəffəq olmayıb."
Hadisə Azərbaycanın Los Angelesdəki Baş Konsulluğunun binası qarşısında, erməni icmasının Ermənistan-Azərbaycan sərhədindəki döyüşlərlə əlaqədar Azərbaycana etiraz aksiyası zamanı baş verib.
Məlumata görə, "Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri də Azərbaycana dəstək üçün ora toplaşıblar" və nəticədə iki qrup arasında toqquşma olub.
Toqquşmanın başlamasına görə hər iki icma nümayəndələri bir-birini ittiham ediblər.

Bu hadisə barədə Ermənistan rəsmi orqanlarının şərhi məlum deyil.
Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib ki, "Hazırda dünyanın müxtəlif bölgələrində, o cümlədən ABŞ və Avropanın bir sıra ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən zorakılıq və vandalizmin tətbiq edilməsi cəhdlərini müşahidə edirik".
Leyla Abdullayeva onu da deyib ki, "azərbaycanlıların təhlükəsizliyinin təmin olunmasında həmin ölkələrin hüquq-mühafizə orqanları məsuliyyət daşımalıdırlar".
Azərbaycanla Ermənistan arasında sərhədin Tovuz istiqamətində silahlı qarşıdurma iyulun 12-də başlayıb. Ağır silahların istifadəsiylə aparılan döyüşlər insan itkilərinə səbəb olub, Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini ittiham edirlər.

Qadına mesaj yazan polis işdən çıxarılıb

bu gün Azərbaycan
Bakıda qadına mesaj yazan polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BBC News Azərbaycancaya verilən məlumata görə, "polis əməkdaşı Zahir Abbasovun Bakıda xidmət zamanı bir qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazması ilə bağlı yayılan məlumatlar qurum tərəfindən araşdırılıb."
"Araşdırmalar nəticəsində polis əməkdaşı işdən azad edilib," - qurum bildirir.
Polis əməkdaşının qadına mesaj yazması məsələsi sosial mediada geniş müzakirələrə səbəb olmuşdu.

"Hücum olmayıb, itki yoxdur"

bu gün bbc Türkiye Türkiyə AzərbaycanAPA
Azərbaycan-Ermənistan dövlət sərhədində sakitlikdir, Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, "erməni tərəfinin məlumatı növbəti dezinformasiyadır."
"Bu istiqamətdə yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahədə sakitlik hökm sürür, itki yoxdur," - cənab Dərgahlı deyib.
Çərşənbə axşamı günü gecə saatlarında Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin Ermənistan tərəfinin "Qorxmaz" postuna "silahlı hücum təşkil etdiyini" bildirib.
Azərbaycan və Ermənistan arasında iyulun 12-də başlamış aktiv qarşıdurmanın ardınca Azərbaycan-Ermənistan sərhədində "nisbi sakitliyin" olduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı "heç bir yeni hücumun həyata keçirilmədiyini, Azərbaycan tərəfinin itkilərinin olmadığını, erməni tərəfinin məlumatının növbəti dezinformasiya" olduğunu bildirib.
"Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşidilib. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib." - cənab Dərgahlı vurğulayıb.
Çərşənbə günü gecə saatlarında Ermənistan MN "Azərbaycan tərəfinin xüsusi qüvvələrinin Ermənistanın "Qorxmaz" postuna daha bir hücum təşkil etdiyini" bildirib.
"Ermənistan silahlı qüvvələrinin cavab atəşi düşmənin böyük itki verməsinə səbəb olub", - Ermənistan MN bildirib.
"İlkin məlumatlara görə, düşmənin bu itkilərilə yanaşı, xüsusi qüvvələrindən də tələyə düşən var", - Ermənistan MN əlavə edib.
Ermənistan tərəfi "itkilərinin olmadığını" bildirib.
Bu gün Milli Mətbuat Günüdür
edebiyyatqazeti.azEDEBIYYATQAZETI.AZ
Şəklin alt yazısı,Həsən bəy Zərdabi Azərbaycan mətbuatının bünövrəsi sayılan "Əkinçi" qəzetinin yaradıcısı olub
Azərbaycan mətbuatı bu gün 145 yaşını qeyd edir.
Həsən bəy Zərdabinin təsisçiliyi ilə ilk dəfə 1875-ci il iyulun 22-də Azərbaycan dilində "Əkinçi" qəzeti nəşrə başlayıb.
Azərbaycan Milli Mətbuatının yaranması bu tarixdən hesablanır.
Bir qrup jurnalist təltif edilib
Azərbaycanda Milli Mətbuat Günü ilə əlaqədar bəzi kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adlar, diplom, orden və fərdi təqaüd verilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
İlham Əliyev REAL TV-nin baş direktoru Mir Şahin Ağayevi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Ayna" qəzetinin baş redaktoru Elçin Şıxlını və Nadejda İsmayılovanı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.
Onlara bu ordenlər "kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə" verilib.
Prezidentin digər sərəncamları ilə "Teleqraf" media qrupunun direktoru Aynur Quliyevanı "Tərəqqi medalı", "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru Eynulla Fətullayev, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov və digərləri "Əməkdar Jurnalist" adı ilə təltif olunublar.
Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan "azad medianın susdurulması, tənqidi səslərin yatırılmasına" görə tənqid olunur.

Türkiyədə gənc qızın öldürülməsindən sonra İstanbul Konvensiyasının tətbiqi gündəmə gəlib

bu gün bbc Türkiye Türkiyə AzərbaycanKADIN MECLİSLERİ
Türkiyədə Pınar Gültəkin adlı gənc qızın keçmiş sevgilisi tərəfindən öldürülməsindən sonra bir çox şəxs sosial mediada #İstanbulSözleşmesiYaşatır ("İstanbul Konvensiyası yaşadır") həştəqi ilə İstanbul Konvensiyasını gündəmə gətirib.
2011-ci ildə təqdim olunan İstanbul Konvensiyasını dəstəkləyən ilk ölkə Türkiyə olmuşdu. Ancaq son vaxtlar Türkiyə Prezidenti Erdoğan başda olmaqla siyasi dairələr bu konvensiyadan imtina ediləcəyinə dair siqnallar verməyə başlayıblar.
Türkiyədə qadınlara qarşı törədilən cinayətlərin dayandırlmasını tələb edən və etiraz aksiyaları təşkil edən qadınlar isə konvensiyanın tətbiqi üçün çağırışlar edirlər.

İstanbul Konvensiyası Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" (İstanbulda imzalandığı üçün çox vaxt İstanbul Konvensiyası adlandırılan) sənəddir.
Türkiyədə 1 avqust 2014-cü ildə qüvvəyə minən İstanbul Konvensiyası gender bərabərliyi prinsipinə əsaslanır.
Azərbaycanda bu sənəd hələ ki, imzalanmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.