Tofiq Zülfüqarov: “Hərbi bazalar qurmaq ötən ildən qalıb, vacib məsələ siyasi iradədir”Türkiyə-Azərbaycan silahlı qüvvələrinin birgə hərbi təlimləri regionda yeni hərbi-siyasi vəziyyət yaradır. Müstəqilliyinilk illərindən bəri ilk dəfədir ki, iki ölkə arasında münasibətlər belə yüksək səviyyədədir. Bu, Ankaranın son illər fəal xarici siyasət yürütməsi, sərhədləri boyunca Suriyada, İraqda və Liviyada maraqlarını qorumaq üçün çəkinmdən qərarlar alması ilə bilavasitə bağlıdır.Gözlənilirdi ki, Türkiyə maraq dairəsində olan Cənubi Qafqazda da fəallaşacaq. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən təxribatlara Ankaranın adekvat, kəskin reaksiya verməsi, ardınca Azərbaycanla birgə hərbi təlimlərə start verməsi bu gözləntiləri doğrultdu.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov regiondakı vəziyyəti “AzPolitika.info”-ya şərh edərkən bildirib ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirilməsi Rusiyanın regionda hərbi-siyasi nüfuzunun azalmasının nəticəsidir: “Bu proses çoxdan başlayıb. Rusiyanın üzləşdiyi siyasi, iqtisadi problemlər, sanksiyalar, hərbi münaqişələrə cəlb olunmasıonun regionda təsir imkanlarının azalmasına gətirib çıxarır.
Bu konteksdə Rusiyanın Ermənistanla da problemləri meydana çıxıb. Beləliklə, Moskva artıq bölgədə hərbi-siyasi güc, hegemon deyil”.Keçmiş nazir qeyd edib ki, bunun əksinə Türkiyənin mövqeləri güclənib: “Türkiyənin nüfuzu, siyasi, iqtisadi imkanları artır və bu da Ankaranın fəallaşmasını şərtləndirir. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin tarixinə nəzər saldıqda görürük ki, son zamanlar ikitərəfli münasibətlərdə siyasi bəyanatlardan real işə keçilib. Bütün sahələrdə - hərbi, siyasi, iqtisadi, humanitar əlaqələr dərinləşdirili
r. Moskva sazişindən irəli gələrək qarantyorluğunda olduğu Naxçıvan bölgəsində, bu günlərdə isə başqa ərazilərimizdə birgə hərbi təlimlər keçirilir. Beləliklə, Türkiyə iddialıdır ki, regionda öz nüfuzunu, siyasi iradəsini möhkəmləndirsin”.“Türkiyə Azərbaycanda hərbi bazalar qura bilərmi” sualına cavabında T. Zülfüqarov bildirdi ki, texnoloji inkişaf, hərbi sənayenin sürətli inkişafı yeni reallıqlar yaradıb: “Hazırda hərbi bazalar anlayışı ötən əsrdə qalıb, bəlkə də artıq ona ehtiyac yoxdur.
Çünki müasir silahların səviyyəsi ona imkan verir ki, konkret coğrafi ərazilərdə quraşdırılmasına ehtiyac qalmır. Əsas məsələ siyasi iradədir. Birgə hərbi təlimlərin keçirilməsi də göstərir ki, hər iki tərəfdə belə bir iradə mövcuddur”.AzPolitika.info