Türkiyə ilə Yunanıstan arasında demək olar, hər zaman gərgin olan münasibətlər son vaxtlar daha da gərginləşib ki, bunun da müxtəlif səbəbləri var. Həmin səbəblərdən ən başlıcası sözsüz ki, Türkiyənin regionda və dünyada getdikcə artan nüfuzu və Yunanıstanın özünə hər zaman rəqib bildiyi rəsmi Ankaranın kölgəsində qalaraq, öz iddialarını reallaşdırmaq imkanlarının məhdudlaşmasıdır.“AzPolitika.info” xəbər verir ki, Türkiyənin “Sabah” qəzeti son vaxtlar iki ölkə arasındakı gərginliyin artması səbəbləri və ABŞ-ın bu məsələdə tutduğu mövqe ilə bağlı
“Aleksandrupolisin strateji əhəmiyyəti nədən ibarətdir?” başlıqlı məqalə dərc edilib. Həmin məqalədə Yunanıstanın ABŞ-ın iştirakı ilə Türkiyə sərhədində hərbi baza qurmaq planlarına toxunulur. Həmin məqaləni diqqətinizə çatdırırıq:
“Son zamanlar Türkiyə və Yunanıstan arasındakı münasibətlər kəskinləşməyə başlayıb. Ölkələr arasında gərginliyin artmasında Yunanıstan tərəfindən anti-Türkiyə addımlarının atılması və həmçinin də yunan rəsmilərinin bəyanatları əhəmiyyətli rol oynayıb.Türkiyənin son illər müdafiə sənayesi sferasındakı nailiyyətlərini və onun regionda baş verən böhranlara müdaxiləsini görən Yunanıstan hər fürsətdə anti-Türkiyə siyasəti yürütməyə çalışır. Əslində isə Türkiyə Yunanıstanı bir kənara buraxıb, özünün regionda və dünya çapında daha böyük oyunçu olduğunu göstərir.
Ona görə də əminliklə deyə bilərik ki, Yunanıstan Türkiyə üçün regional rəqib statusundan çıxıb. Elə bu səbəbdən də Yunanıstan İsrail, Rusiya, ABŞ və Avropa Birliyi kimi ölkələr üzərindən Türkiyəni durdurmağa çalışır. Bunun üçün Yunansıtan xüsusən Şərqi Aralıq dənizində Türkiyəni kənarda saxlayan layihələr üzərində öncüllük etməyə başlayıb.Lakin digər tərəfdən Türkiyə onu blokadaya alan planların pozulması üçün addımlar atdı.
Bununla əlaqədar neft və təbii qaz axtarışı üçün Aralıq dənizinə gəmilər yolladı, Liviya ilə dəniz hüququ müqaviləsi bağladı və regionda iri miqyaslı hərbi təlimlər keçirdi. Lakin Yunanıstan öz əski adətlərindən əl çəkməyərək, digər regional və qlobal oyunçuları Türkiyəyə qarşı hərəkətə keçirməyə çalışır.
Türkiyənin Şərqi Aralıq dənizində
“Navtex” sistemi vasitəsilə xəbərdalıq elan etməsindən və Aya Sofyanı məscidə çevirməsindən sonra Yuanıstanın Türkiyə əleyhinə hücumları daha da artıb. Yunanların hücumlarının son dalğası Aleksandrupolisdə hərbi baza qurmaq üçün onların ABŞ-a müraciət etməsi və Amerikanın da buna müsbət cavab verməsidir.
Aleksandrupolils Yunansıtanın mühüm portlarından biridir və Türkiyə sərhəddinə təxminən 30 kilometr məsafədə yerləşir. Yunanıstanın Aleksandrupolisdə hərbi baza qurmaq təklifindən sonra mətbuatda ABŞ-ın bu şəhərə hərbiçilər yollaması məlumatı yayıldı. İlk baxışda bu hadisənin yalnız iki ölkəyə aid olduğu görünsə də, əslində bunun ciddi regional təsirləri olacaq. Təbii ki, baş verənlər ən çox Türkiyəyə təsir göstərəcək.23 iyulda ABŞ-ın Yunanıstandakı səfiri
Ceffri Payett və Yunanıstan müdafiə naziri
Nikos Panytopulos bir tərəfdən Aleksndrupolis şəhərini zirayət edərək, hərbi bazanı açıblar, digər yandan isə, ABŞ hərbi dəstələrinin gəlişini seyr ediblər. ABŞ rəsmi nümayəndələri Aleksandrupolisə hərbçilərin və silahların yığılması hadisəsini NATO təLimləri adlandırıblar.
Beləliklə, ABŞ Aleksnadrupolisdə hərbi hava və dəniz bazası qurulmasının ilk addımını atıb. Bu şəhərə vertolyotlar, hərbi maşınlar və döyüş ləvazimatları daşınıb.Aleksandrupolisin Türkiyə sərhəddinə yaxın olması isə onu göstərir ki, Türkiyə bu hadisələrə xüsusilə diqqət etməlidir.
Birincisi, Aleksanrupolis silahsızlaşdırılması gərəkən 30 kilometrlik zonaya daxildir. Burada hərbi bazanın qurulması
Dardanel və Bosfor boğazları üçün təhlükə təşkil edə bilər. Belə ki, boğazların hərbiləşdirilməsi beynəlxalq müqavilələrlə qadağan edilir və burada hərbi bazaların salınması beynəlxalq hüquqa ziddir.
İkincisi, Aleksnadrupolisin Qərbi Frakiyada yerləşməsi çox önəmlidir. Bu ərazi Türkiyəni Qərbi Frakiyadakı türk azlığının daha sıx yaşadığı mühüm şəhərləri - Ksanti və Komotini birləşdirir. Ona görə də burada hərbi baza yaradılması Türkiyə ilə bu iki mühüm şəhər arasında özünəməxsus bufer zonasının meydana gəlməsi deməkdir.
Üçüncüsü, Almaniyadan öz əsgərlərini çəkən ABŞ bəyan etmişdi ki, onların bir qismini Şərqi və Cənub-Şərqi Avropaya yerləşdirəcək. İndi aydın olur ki, Yunanıstan da buraya aiddir. ABŞ Egey və Şərqi Aralıq dənizində hərbi mövcudluğunu artırmaqla, bu regionda Rusiyanın təsirinə qarşı tarazlıq yaradır.
Dördüncüsü, ABŞ yeni Aleksandrupolis-Bolqarıstan-Rumıniya xəttini Türkiyə boğazlarının strateji önəmini azaldacaq bir gediş kimi görür. Beləliklə, ABŞ Rusiya ilə mübarizədə Türkiyəyə daha az ehtiyac duyacaq. Yəni ki, belə olan təqdirdə ABŞ Yunanıstanın tərəfində rahat mövqe tuta biləcək.”
“AzPolitika.info”