Avqustun 7-də Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi Maarifçilik Hərəkatı təsis edildi. MHB-nin təsis bəyanatını təqdim edirik: “Artıq yüz ildən çoxdur ki, Güneyli-Quzeyli Bütöv Azərbaycanda milli və insani haqlar uğrunda mübarizə gedir. Bu sürə boyunca xalqımız dəfələrlə ayağa qalxmış və öz milli iradəsini ortaya qoymuşdur. 1991-ci il 18 oktyabrdan bəri bağımsız Azərbaycan Respublikasının varlığı da bu milli iradənin son bəlirtisidir. Xalqımız hər zaman milli dövlətçiliyin müstəqillik və milli hakimiyyət, azadlıq, ədalət, demokratiya dəyərlərini daim dəstəkləmiş və bəsləmişdir. Ancaq bu yöndə qarşımızı kəsən ciddi iç və dış əngəllər də az deyil. Qarabağ başda olmaqla işğal edilmiş ərazilərimiz, bir milyon qaçqın və köçkün sorunumuz, xalqın rifah səviyyəsinin acınacaqlı durumu, siyasi rejim və yönətimdəki yanlışlıqlar, təkəlçilik, korrupsiyaçılıq, getdikcə dərinləşən ideoloji boşluğun doğurduğu mənəvi böhran, çağa uyğun iqtisadi gəlişmənin yoxluğu vb. problemlər qarşımızı kəsən əsas əngəllərdir. Azərbaycanda gerçək bir vətəndaş fəallığının yayılıb ümummilli bir iradəyə çevrilməsi və dövlət-millət bütünləşməsi sorunlarımız içində özəl bir yer tutur. İnanırıq ki, dövlət-millət bütünləşməsi Millətimizin xoşbəxtliyi, Dövlətimizin qüdrəti, Vətənimizin ərazi bütövlüyü baxımından qaçılmaz bir zərurətdir. Bu zərurətin dərindən dərk edilməsi isə xalq içərisində siyasi maarifçiliyin geniş yayılmasından asılıdır. 1988-ci ildə başlayan Milli Hərəkatın yüksəlişi siyasi maarifçilik yönündə önəmli gündəlik təcrübə və nəzəri bilik ortaya qoydu. İndi başlıca məsələmiz bu təcrübə və biliyin yeni nəsillərə ötürülməsidir. Ona görə də, Milli Hərəkatda yetişmiş yaşlı nəsildən və günümüzdə hərəkatçılıq ruhuna yiyələnmiş gənc nəsildən olan insanların bir kəsimi toplanaraq müzakirələr aparmış, ortaq görüş birliyinə gəlib müstəqil bir Milli Hərəkatçılar Birliyi (qısaca: MHB) adlı yeni bir ictimai-siyasi maarifçilik hərəkatı yaratmağa qərar vermişlər. MHB iki böyük yolbayın – M.Ə.Rəsulzadə və Ə.Elçibəyin qoyduğu milli yolda yürüməyi özünün qutsal görəvi bilən və böyük yolbay Ə.Elçibəyin öndərliyini biranlamlı olaraq qəbul edib VƏTƏN, MİLLƏT və DÖVLƏT uğrunda mübarizəyə xidmət edən insanların yaratdığı bir maarifçilik hərəkatıdır. Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatı (qısaca: MHB) Təşəbbüs Qrupunun üzvləri bildirir ki, MHB-nin başlıca hədəfləri Azərbaycanda milli dövlətçiliyin bütün atributlarının gerçəkləşməsi, o sıradan demokratik rejim, gerçək seçki yolu ilə seçiləcək milli hakimiyyət, bütöv, güclü Azərbaycanın bölgədə söz yiyəsi bir dövlətə çevrilməsi, xalqın rifah düzeyinin yüksəlməsi, Qarabağ başda olmaqla sorunlarımızın milli mənafeyimizə uyğun çözülməsi və ölkəmizdə barışın, sabitliyin yaranmasıdır. Bu hədəflərin gerçəkləşməsi vətəndaşlıq fəallığından birbaşa asılıdır və MHB Təşəbbüs Qrupu hesab edir ki, həmin vətəndaş fəallığına maarifçilik və dialoq yolu ilə yetmək mümkündür. MHB yaşından asılı olmayaraq bütün milli hərəkatçıların üzünə açıqdır və onlar bu hərəkata qatılıb öz bacarıqlarına uyğun fəaliyyət göstərə bilərlər. Sayğılarımızla Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatının Təşəbbüs Qrupu üzvləri: 1. Arif Acaloğlu (MHB sözçüsü) 2. Ələsgər Siyablı 3. Arif Rəhimoğlu 4. Aydın Ələkbərli 5. Aydın Şükür 6. Ayvazalı Oruçlu 7. Aqil Səmədbəyli 8. Arzuman Cəfərov 9. Ağası Hun 10. Ahudar Qurbanov 11. Akif Borçalı 12. Abil Babaoğlu 13. Bayram Abbasov 14. Cavid Aydın 15. Dilavər Əzimli (Dr.) 16. Elçin Abdullayev 17. Eldar Sübhanverdiyev 18. Elmar Həsənli 19. Elnur Nazimoğlu 20. Elnur Paşa 21. Elşən Əlisoy 22. Etibar Qərib 23. Əkbər Nəcəf (Dr.) 24. Əli Mustafa 25. Əmirağa Basqallı 26. Faiq Ələkbərli (Dr.) 27. Fəqan Yaqubov 28. Fərid Əlibəy 29. Hacı Zakir Quliyev 30. Hüseyn Əliyev 31. İlqar Salmanoğlu 32. İlyas Abdullayev 33. İsmixan Fərəcov 34. İsrafil Həsənov 35. Qələndər Muxtarlı 36. Qorxmaz İbrahimli 37. Mahmud Əhmədli 38. Mail Bağırov 39. Malik Bayramlı 40. Məzahir Məmmədov – 41. Mirhadi Yusuflu 42. Müxrəddin Borçalı 43. Naib Ələkbərov 44. Namiq Talıbov 45. Natiq Ələsgərli 46. Nizami İsmayılbəyli 47. Nurəddin İsmayıl 48. Orxan Tağıyev 49. Oruc Muradov 50. Raqib İsmayıllı 51. Ramazan Ara 52. Rəhim Sulduzlu 53. Rəvan Bağırlı 54. Rüfət Muradlı 55. Seyid Mirfeyzulla 56. Səlim Muradov 57. Şahnaz Ələgərli 58. Şamil Məmmədli 59. Şeyda Nəsibli 60. Şəmsəddin Cəmiyev 61. Şəmsəddin Rəhimli 62. Telman Verdiyev 63. Teymur Eminbəyli 64. Təvəkkül Süleymanlı 65. Vaqif Almuradlı 66. Vəkil Şahbazlı 67. Vəli Hümmətoğlu 68. Vüqar Abdulla 69. Vüsal Əfəndi 70. Yasəmən Qaraqoyunlu 71. Yaşar Əsədov 72. Zahir Əlisoy