SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.
Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
APA-nın əldə etdiyi məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb.
***saat 12:49Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.