Unikal.org-a açıqlama verən Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov bildirib ki, sabiq rəisin azadlığa çıxması xəbəri yalandır.
"Əfqan Nağıyev Bakı Hərbi Məhkəməsinin qərarı əsasında ev dustaqlığına məhkum edilib".
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Ə.Nağıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına şərait yaradılması üçün çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə rüşvət almaqda şübhəli sayılıb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.