Çimərliklərdəki quyu daha bir can aldı: səbəb nədir? FOTO

11-08-2020, 17:52   



Çimərlikdə qadağan olunmuş ərazidə daha bir nəfər boğulub. Hadisə Nardaran çimərliyi ərazisində baş verib.
Musavat.com xəbər verir ki, 1977-ci il təvəllüdlü İbrahimov Zülfüqar Bayram oğlu avqustun 8-də dənizdə boğulub.
Məlumata görə, çimərliyin qadağan olunmuş hissəsinə yaxın ərazidə üzən Zülfüqar Bayramov dənizdə yaranan quyu səbəbindən həyatını itirib.
Dənizdə quyu necə yaranır?
Bildirək ki, bu cür quyular təkcə Nardaran çimərliyində yox, əksər çimərliklərdə var. Dənizin içərisinə doğru uzanan qayalıqlar və hasarlar bu cür quyuların yaranmasına səbəb olur. Çünki ləpə qaya və hasarlara çırpıldıqca həmin hissədə dərinlik yaranır. Həmin quyuların dərinliyi xüsusilə də dənizin qayalıq və hasarlar olan tərəfində daha çox olur. Digər tərəflərdə isə quyular nisbətən dayazdır.
Zülfüqar Bayramovun batdığı ərazi də belədir. Sahildə dərin quyular olduğu üçün orada çimmək qadağan edilib. Ərazi quru tərəfdən tam hasara alınmasa da üzərinə "quyu var", "çimmək qadağandır" yazılan xəbərdarlıq lövhələri vurulub. Amma burada əsas məsələ çimərliyə gələnlərin su ilə qayalıq tərəfə getmələridir. Bu zaman boğulma halları baş verir.
Bu il çimərlik mövsümü gec açıldığı üçün boğulma halları az oldu. Lakin ötən il qeyd etdiyimiz səbəbə görə daha çox ölüm halları baş vermişdi. Yada salaq ki, ötən il Nardaran 4 azyaşlı eyni anda boğularaq dünyasını dəyişdi. Buzovna çimərliyində də faciə baş verdi. Həmin vaxt 3 məzun boğulmuşdu...
İlkin Muradov
Musavat.com







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.