Ukraynada “Lotu Quli”nin adamları həbs olundu FOTO

13-08-2020, 11:00   



əhlükəsizlik Xidmətinin əməkdaşları Odessa şəhərində “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin üzvlərini saxlayıb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Odessa şəhərində xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində “Lotu Quli”nin dəstəsinin iki üzvü saxlanılıb.
Qeyd olunub ki, saxlanılan şəxslər regiondakı sahibkarların oğurlanmasında, quldurluq və soyğunçuluqda təqsirli bilinirlər.
Məlumatda “Lotu Quli”nin dəstənin 4 üzvünün hələ iyun ayında yerli sahibkarlardan bir nəfərini qaçırmağa hazırlaşarkən saxlanılması xatırladılıb.
Saxlanılan hər iki şəxs barəsində cinayət işi başlanılıb, həbs qətimkan tədbiri seçilib.  
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.