Avqust ayının 14-də “Youtube” sosial şəbəkəsinin azərbaycandilli seqmentində yeni online TV açılıb. “Sonxeber TV” adlanan kanalın baş redaktoru və yaradıcısı tanınmış jurnalist və yazıçı Teylor Fətişoğludur. Onun bildirdiyinə görə kanalda ölkədə baş verən ictimais-siyasi proseslər əksini tapacaq. Həmçinin kanalda birbaşa yayımlara ölkənin nüfuzlu politoloqları, siyasət və iş adamları dəvət ediləcək.