Məşhur rejissor Kənan M.M həbs olunub.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Kənan Mahmudov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən təqsirləndirilən şəxs qismində saxlanılıb.
Hazırda o, Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır.
Kənan M.M.-in həyat yoldaşı, müğənni Aygün Şükürova hazırda rayonda olduğunu, baş verən hadisədən xəbərinin omadığını deyib.
***
11.15
Binəqədi Rayon Polis İdarəsindən qafqazinfo.az-a daxil olan məlumata görə, rejissor dünən saxlanılıb.
Kənan M.M-ə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.