Azərbaycanlı “qanuni oğru”ların ilginc qətl tarixçəsi: Eyni ayda, eyni gündə, eyni ölkədə...

20-08-2020, 13:52   


Azərbaycanlı “qanuni oğru”ların ilginc qətl tarixçəsi: Eyni ayda, eyni gündə, eyni ölkədə...

Xəbər verdiyimiz kimi, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifov 19 avqustda Türkiyədə qətlə yetirilib.
O, Antalyada şam etdiyi zaman sui-qəsdə məruz qalıb. Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Polis onu öldürən şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda xidmət keçən polislər tərəfindən saxlanılıb.

Cebhe.info-nun əldə etdiyi məlumata görə, Lotu Qulini güllələyən şəxs onun ən yaxın, etibar etdiyi şəxslərdən biri olub. Lotu Quli mütəmadi olaraq onunla əlaqə saxlayıb, müəyyən işlərin görülməsini ona həvalə edib. Hadisə Antalyanın Serik bölgəsində baş verib. Otelin restoranında onunla birlikdə yemək yeyən şəxs "qanuni oğru"nu başından güllələyib və olay yerini tərk edib. Hadisə barədə polisə və təcili yardıma oteldəkilər xəbər verib.
Maraqlıdır ki, avqust ayı, xüsusən də 18-19 avqust azərbaycanlı “qanuni oğru”ların qətl ayı kimi tanınır.
Belə ki, kriminal aləmdə "Qoca Yasamalski" ləqəbi ilə tanınan Əlibala Həmidov da 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib. Onun meyitinin gətirilməsi kriminal aləmdə nüfuzu olan Adəm Avarskinin köməyi ilə baş tutub. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və mərhum Yasamal qəbiristanlığında dəfn edilib.

2016-ci il 18 avqustunda isə “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Caniyev Türkiyədə qətlə yetirilib. Belə ki, avqustun 18-də gecə saat 00:30 radələrində xəstəxanaya taksi sürücüsü tərəfindən üstündə heç bir sənədi olmayan naməlum şəxs gətirilib.Onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. 20 dəqiqə ərzində həkim müdaxiləsi olsa da, onu xilas etmək olmayıb. Daha sonra polis əməkdaşları onun ölkəyə Rövşən Əliyev adı ilə gələn RövşənLənkəranski olduğunu müəyyən edib. R. Lənkəranski xəstəxanaya yerləşdirilərkən bədənində 20-ə yaxın güllə yarası olub. Mərhum Lənkəranda dəfn olunub.
Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.