Lotu Qulini qətlə yetirən qatilin ilkin ifadəsi FOTO, VİDEO
21-08-2020, 15:41
Türkiyədə "qanuni oğru" Lotu Qulini qətlə yetirməkdə ittiham olunan kriminal avtoritetlər - 25 yaşlı Xəqan Zeynalov (Xan Əhmədlinski) ilə 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verib. Virtualaz.org bildirir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb. Xan Əhmədlinski ilkin ifadəsində Nadir Səlifovu sevmədiyi üçün öldürdüyünü deyib: “Mən onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşuma gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”,- saxlanılan şəxs bildirib.
Xəqan Zeynalov onu da əlavə edib ki, qətl hadisəsi baş verən zaman Əmir Əhmədli onu çöldə maşında gözləyib.
Xatırladaq ki, avqustun 20-nə keçən gecə Nadir Səlifov Antalyada yerləşən otellərdən birində 4 güllə ilə başından vurulmuşdu. N.Səlifovun qatili Xan ləqəbli kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçsa da, lakin Antalya - Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb. Virtualaz.org