“Lotu Quli”nin imperiyası kimə çatacaq?

22-08-2020, 09:04   


Kriminal aləmdə “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) mirasının bölgüsü başlayıb.
Virtualaz.org bildirir ki, bu barədə mənbələrinə istinadən "Kommersant" qəzeti yazıb.
Nəşr qeyd edir ki, böyük ehtimalla “qanuni oğru” Vaqif Süleymanov (“Diplomat”) Gürcüstandan olan azərbaycanlı ticarətçilərə, “qanuni oğru” Cavid Məmmədov («Dato Ağcabədinski») isə əvvəllər “Quli”nin idarə etdiyi taksi sürücülərinə və pərakəndə ticarətçilərə nəzarəti ələ keçirəcəklər.

Ola bilsin ki, Sankt-Peterburqdakı Sofiya topdansatış bazasına oğru Əli Heydərov (Albert Rıjıy) “baxsın”, “Quli”nin kriminal yüksəlişinin başlandığı Yekaterinburqdakı meyvə-tərəvəz biznesinə isə artıq azərbaycanlı-talış avtoritetləri iddia edirlər.
Eyni zamanda, Ukrayna Milli Polisi rəhbərinin keçmiş birinci müavini və indi Odessa Dövlət Daxili İşlər Universitetinin rektoru olan Vyaçeslav Abroskin, “Lotu Quli”nin qətlinin qaçılmaz olaraq Ukraynadakı kriminal təsiri sahələrinin dağılacağına və yenidən bölgüsünə səbəb olacağını söyləyib.
O bildirib ki, “Lotu Quli” Ukraynanın kriminal aləmində çox güclü fiqur olub və digər kriminal avtoritetlər ondan açıq-aydın qorxublar.
"Deyə bilərəm ki, azərbaycanlılar arasında bu gün üçün daha belə güclü "qanuni oğru" yoxdur. Onun Ukraynada qurduğu cinayətkar iyerarxiyanı, çətin ki, indi kimsə dəstəkləyə bilsin", - deyə sabiq polismeyster bildirib.
Onun fikrincə, öldürüldükdən sonra “Quli”nin qurduğu mütəşəkkil cinayətkar qurum parçalanacaq və bu, qaçılmaz münaqişələrə gətirib çıxaracaq.
"Müəyyən istiqamətlərə nəzarət edən kiçik kriminal avtoritetlər bunu gələcəkdə də davam etdirə bilərlər. Amma düşünürəm ki, onlar bəzi cinayət fəaliyyəti istiqamətlərinə-bazarlara, qəsbkarlığa və s. nəzarəti itirəcəklər", - deyə Vyaçeslav Abroskin vurğulayıb.
Eyni zamanda, "Praym Kraym" İnformasiya Agentliyinin redaktoru Viktoriya Qefter hesab edir ki, Suxumi oğru klanının lideri olan “qanuni oğru” Merab Canqveladze (“Suxumski”) cinayət dünyasında liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet kimi qalıb.

Onun fikrincə, Merab Suxumskini cinayət dünyasının yeni lideri adlandırmaq olar, çünki o, nüfuz baxımından avqustun 19-da öldürülən "Lotu Quli" kimi tanınan Nadir Səlifova bərabər olan yeganə şəxsdir.
Redaktor həmçinin qeyd edib ki, kriminal avtoritetin ölümü mafioz müharibələrin nəticəsidir və ondan sonra "çoxları rahat nəfəs aldılar".
"Düşünürəm ki, qətl ən çox “Quli”nin özü üçün gözlənilməz oldu. Çoxları ona məhz bu sonluğu proqnozlaşdırırdı, lakin finalın bu tezlikdə olacağını gözləmirdilər. “Quli”  düşmənlərini tanıyırdı, amma ölümün haradan gələcəyini bilmirdi. Qatilini özü özünə yaxınlaşdırdı və onu boynunun arxasından vurdular", - deyə V. Qefter bildirib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.