Ramiz Mehdiyevin qudası və kürəkəni məhkəmədədir- onları hansı cəza gözləyir? - FOTOLAR

22-08-2020, 12:39   



AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev hazırda məhkəməyə gətirilib.
Musavat.com xəbər verir ki, onlara karantin qaydalarını pozduqları üçün cəza veriləcəyi gözlənilir.
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev karantin dövründə nəvəsinə toy məclisi təşkil edib.
Bir neçə gündür ölkə gündəmində ciddi müzakirələr gedir və artıq ölkə rəhbərliyi səviyyəsində məsələ nəzarətə götürülüb.
Toy sahibləri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev qanuna müvafiq şəkildə cəza alacaqları gözlənilir.
Onları hansı cəza gözləyir?
Qeyd etmək lazımdır ki, bu günə qədər bir neçə toy məclisinin keçirilməsi halları baş verib.
Saxlanılan şəxslər əsasən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin,za sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.
İlkin Muradov
Musavat.com




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.