Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?

22-08-2020, 15:48   


İnzibati qaydada həbs edilən sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayev Daxili İşlər Nazirliyinin Binəqədi rayonu ərazisində yerləşən inzibati həbs olunanların saxlama Mərkəzində saxlanılacaq.
Anaxeber.info report-a istinadən xəbər verir ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə 15 sutka müddətinə inzibati həbs cəzası verilən hər iki şəxs qandallanaraq Mərkəzə aparılıb.
Xatırladaq ki, bu gün İ.Əliyevin və qudasının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə qərarına əsasən, o və qudası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib, hərəsi 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər. Onlar karantin rejimi qaydalarını pozaraq toy etdiklərinə görə cəzalandırılıblar.
İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.