Ərgün Dilər“Takvim”, 27.08.2020 Daxili siyasəti əsla və qətiyyən xarici siyasətdən ayrı tutmayın. Türkiyənin dünyada tutduğu mövqe və ittifaq seçimi çox dəyərlidir. Daxildəki siyasi hərəkatlar bunu özlərinə yaxın koordinatlara çevirmək istəyirlər. Siyasətin əsas qayəsi də budur. Əslində, bir çox yerdə vəziyyət belədir, ancaq mözvu Türkiyə olduqda, sürət daha da artır. Əmin olun ki, bölgədə bir quş belə uçsa, Türkiyə o hadisənin içində olacaq. Artıq biz nə bundan qaça , nə də bunun qarşısını ala bilərik. Çünki Türkiyə hər yerdədir.Dünyanın sonuncu düyünü Aralıq dənizində açılacaq. Vəziyyət belə olduqda, Türkiyə hər zaman manşetləri bəzəyir. Biz olmadan, bu düyünü açmaq mümkün deyil. Bunu fərqində olanlar da müxtəlif yollardan istifadə etməyə çalışırlar.
Mövzunu biraz da açıqlayaq. Oyuna və aktyorlara fərqli mənzərədən nəzər yetirək.
Avropanın ən böyük oyunçusu olan
Almaniya Rusiya və
Çinlə qapı arxasında görüşür və burdan özünə yol açır. Ancaq ən önəmli məsələ Türkiyəni öz yanında görməsidir. Bunun üçün də vermədiyi vəd, atmadığı addım qalmayıb. Əlbəttə, bundan narahat olan ölkələrin başında
ABŞ durur.
Buna görə də, ABŞ-ın Almaniya əməliyyatını Rusiya vasitəsilə təqib etməyə başlamışıq. Ancaq
Pompeo Cina Haspeli yoxlamaq üçün sınaqdan keçirib, ya da əllərində artıq heç bir “kozır” qalmayıb.
Rusiya və Almaniya qapalı qapılar arxasında çox önəmli razılıqlar əldə ediblər. Yeni dövrdə Almaniya və Rusiyanı heç bilinməyən tənliklərdə görəcəyik. Bu, aydındır.
Suriya və Liviyadakı hadisələrə bu şəkildə baxmaq lazımdır.Bunu anlayan ABŞ isə ittifaqı parçalamaq üçün addımlar atmağa başlayıb. İlk növbədə,
NATO-nun bütün təhlükəsizliyini məhv edəcək
“Şimal Axını” layihəsi hədəf seçilib.
ABŞ “Şimal Axını” layihəsini əngəlləmək üçün Berlin və Moskvanı üz-üzə gətirməli olduğunu bilir. Berlin və Moskva da bunun fərqindədir.Artıq köhnə üsullar kara gəlmir. Bir sui-qəsdə qapı açılıb. Mövzunun bu yerində yaddaşı yeniləməkdə fayda var.
2015-ci ilin
noyabr ayında dünya günə şok bir xəbərlə başlayıb. Suriya sərhədində Türkiyə hava sərhədini pozan qırıcı təyyarə səhər saat 09.30 radələrində
Türkiyə hava qüvvələrinə məxsus iki “
F-16” qırıcı təyyarəsi ilə dövlət sərhədinin pozulmasına görə vurulub. Təyyarənin qalıqları
Türkmən bölgəsində yerləşən
Yamani kəndindəki çadırların üzərinə düşüb.
Sözügedən təyyarənin “SU-24” tipli Rusiya döyüş təyyarəsi olduğu bildirilib.Dərc olunan xəbərlərin əsas mövzusu bu hadisə idi. NATO üzvü və güclü bir ölkə olan Türkiyə Rusiya təyyarəsini vurmuşdu. Yaranan böhran olduqca böyük idi.
Rusiya iqtisadi kartından istifadə etməyə çalışsa da, Türkiyə geri addım atmayıb. Diplomatik addımlara üstünlük verilib. Vaxt keçdikcə, gərgin münasibətlər yumşalmağa başlayıb. Bunu diqqətindən qaçırmayan
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) səhnədə öz yerini alıb. Türkiyə və Rusiya arasında soyuq münasibətlərin olmasını arzulayan ABŞ rəhbərliyi Rusiyanın Türkiyədəki səfiri
Andrey Karlovu hədəf seçib.
Karlov 2016-cı ilin dekabr ayında Müasir İncəsənət Mərkəzində keçirilən bir fotosərgidə sui-qəsd nəticəsində öldürülüb. Ankara Çevik Polis Şöbəsində işləyən Mevlud Mərd Altındaş xüsusi təyinatlı polis dəstəsi ilə silahlı toqquşma zamanı zərərsizləşdirilib.
Verilən mesaj açıq idi: hər iki paytaxt bir-birindən uzaq durmalıydı. Eynilə bu ssneari kimi, Rusiya və Almaniya arasında da gərginlik yaratmaq istənilir.Karlovun sui-qəsdinə bənzər bir plan hazırlanıb. Diqqət rus müxalifətçisi
Aleksey Navalnıya qarşı yönəlib.
O, sui-qəsdlə öldürüləcəkdi.
Ancaq MKİ Navalnının Putin qarısında təsirli gücə malik olmayan müxalifətçi olduğuna inanıb. Aleksey Navalnının Rusiyada Almaniyaya yaxın olan yeganə müxalif olduğuna görə, sadəcə olaraq, zəhərlənməsi qərara alınıb.
Navalnını Moskvaya gedən təyyarədə ABŞ casusları zəhərlədib. İçdiyi çayla. Ölməli deyildi. Almaniya Navalnını müalicə etmək istəsə də, sərt mövqe sərgiləyən Putin buna icazə verməyəcək və diplomatiya bu problemi həll etməyəcəkdi. Nəticədə, iki ölkə arasındakı münasibətlər gərginləşəcəkdi. Plan bundan ibarət idi.MKİ Putini çox yaxşı tanıyırdı. Berlinin bütün tələblərinə baxmayaraq, Kreml Aleksey Navalnının Berlində müalicə olunmasına razılaşmayıb.
Ancaq “Şimal Axını” layihəsi ilə əlaqədar problem yaşanmaması üçün Putin Aleksey Navalnının Almaniyaya getməsinə icazə verib. Kreml, həmçinin, Navalnının MKİ tərəfindən necə zəhərləndiyini sübut edən sənədləri almanlara təhvil verdi. Almanlar da indi bilirlər ki, Navalnı “Şimal Axını” hədəf olduğu üçün zəhərlənib. Bundan sonra alman rəsmiləri daha bir maraqlı addım atıblar. Guya Navalnı zəhərlənmədən yox, başqa bir xəstəlikdən müalicə alır.Layihə Ukraynadan keçsəydi, ABŞ üçün problem olmazdı. İndi ABŞ, Almaniya və Türkiyənin Aralıq dənizində ortaqlıq etmək ehtimalına qarşı bir addım atmağa hazırlaşır.
Bu addımdan sonra Yunanıstanla Türkiyə arasında müharibə baş verə bilərmi? Bu ehtimal heç də az deyil.
Aralıq dənizi məsələsi daxildəki bir çox şəxsin hələ də anlaya bilmədiyi bir mövzudur. Ancaq hadisələr Aralıq dənizini nəmzi olaraq önə çıxaracaq. Türkiyə isə bunu fərqinə varıb və gedişini edib.
Türkiyə yalnız Liviyada Həftəri deyil, bilinən-bilinməyən bir çox ittifaqı məhv edib. Bu da masa arxasında Ankaraya güc verib. Türkiyənin hazırkı istiqamətini dəyişməsi üçün iqtisadi təzyiqlər artacaq, daxili siyasətdə gərginlik yaşanacaq və xarici təzyiqlər artırılacaq. Bunu fərqinə varmaq üçün jurnalist olmağa ehtiyac yoxdur. Ancaq bir reallıq var ki, Türkiyə bölgənin ən güclü ölkəsidir və elə olaraq da qalacaq. Öz aralarındakı hesablaşmaları bitirənlər gəlib “ən böyük payı siz götürün”, – deyəcəklər. İzləyin və görün. Yunanıstana isə diqqət edin.Tərcümə Strateq.az-ındır