Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı, ağlayaraq prezidentdən bağışlanmasını istədi -VİDEO
6-09-2020, 12:15
Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev azadlığa çıxıb. Musavat.com xəbər verir ki, İlham Əliyev açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib. O, qız övladına toy etdiyi üçün səhv addım atdığını deyib. Bildirib ki, bir ata kimi hissələrini cilovlaya bilməyib və belə bir addım atıb.
O, prezidentdən, vitse-prezidentdən və Azərbaycan xalqından üzr istədiyini deyib, ölkə rəhbərliyindən bağışlanmasını xahiş edib. Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.
Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar. Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi.
İlham Əliyevin açıqlamalarının daha geniş formasına aşağıdakı linkdən də baxa bilərsiniz: