Lənkəran təhsilində büdcə maxinasiyası

3-08-2014, 10:45   
Lənkəran təhsilində büdcə maxinasiyasıŞahanə Əhmədova ötən il 700 min bu il isə 550 min manat dövlət pulunu müxtəlif adlar altında öz şəxsi məqsədlərinə sərf edib

Lənkəran rayon təhsil şöbəsinin rəhbəri Şahanə Əhmədova ilə bağlı ilginc iddialar var. İddialara görə xanım Əhmədova ötən il 700 min bu il isə 550 min manat dövlət pulunu müxtəlif adlar altında öz şəxsi məqsədlərinə sərf edib. Beləki, çox ciddi maxinasiyaya yol açan əməl sahibi Əhmədova ayrılmış 700+550 min ümumilikdə 1.0000250 manatın necə mənimsədiyini təhlil edək. Demək olar ki, tək ötən il yeyilən yüz minlərlə manatın necə əldə olunmasına baxaq:
- Dəftərxana ləvazimatlarının satın alınması-15000
- Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması- 10000
- Digər maşın və avadanlıqların satın alınması- 39090
- İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması- 11573
- Yumşaq inventarların satın alınması- 29740
- Avadanlıqların satın alınması- 40065
- Digər alışlar və xidmətlərin satın alınması- 26700
- Cari təmir işlərinin satın alınması-17500
-Digər maşın və avadanlıqların satın alınması -26089,8
- Ərzaq məhsullarının satın alınması- 68480
- Kənd təsərrüfatı məhsullarının satın alınması- 114986
- Məktəbli paltarlarının satın alınması-78300
- Ət və süd məhsullarının satın alınması -115500
- Bərk inventarların satın alınması- 96500 manat.
Bu il isə mənimsənilən 550 min manatla bağlı məlumatların əməkdaşlarımız tərəfindən araşdırılması zamanı ilginc yeyinti hallarının mövcudluğu üzə çıxıb. Bizə verilən bilgilərə görə xanım Əhmədova yaxını sayılan həmkarlarla əlbir olub, ayda ondan şirinlik kimi aldıqlarını və ümümilikdə rayon təhsilindən oğurladığı pulları icra başçısı ilə bölməsi məqamları mənbə tərəfindən çox ciddi iddialardı. Bu haqda gələn saylarımızda geniş məlumat verəcəyik.
Olkexeber.com-a daxil olan digər məlumatlada isə deyilir ki, Şahanə Əhmədova bu pulların bir qismini icra başçısı ilə bölüb. Bu rüşvətin müqabilində də icra başçısı onun bu əmələinə göz yummağa məcbur olub. Deyilənlərə inansaq Əhmədova icra başçısı ilə mənimsədikləri dövlət vəsaitləri bununla bitmir. Mənbə bildirir ki, rusiyada alver edib məktəbdən belə xəbərsiz olan 11-ci sinif şagirdləri dərs üzü görmədən belə təhsil şadətnaməsi alıması elə də əlçatmaz deyil. Çünki pulunu ver işini gör prinsipi Şahanə Əhmədovanın rüşvət mexanizminin açarı demək olar...
Onuda bildirək ki, rayon təhsil şöbələrinin ləğv edilməsi çoxlarının arzuların ürəyində qoyub. Regonal Təhsil idarəsinin yaradılması hesab edirik ki, Lənkaran təhsilində də köklü dəyişkənliklərə səbəb olacaq və dövlətdən oğurlanan milyonlarla manat pulun səbəbkarları qanun qarşısına çıxarılacaq. Mövzuya qayıdacağıq, bizi izləyin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.