HƏMAS-a bağlı ”İzzəddin Əl-Qəssam” briqadası İsrailə savaşların ən ağır zərbəsini vurub.
Axar.az xəbər verir ki, HƏMAS bir əməliyyatla 30 İsrail əsgərinin öldürüldüyünü açıqlayıb. Bu 7 iyuldan bu günə qədər davam edən qarşıdurmalarda İsrailin ən çox itki verdiyi əməliyyat olub.
Qeyd edək ki, bir neçə gün əvvəl də İsrailə məxsus 4 zirehli texnika məhv edilmişdi.
İsrail ordusu gecə saatlarından bu yana Qəzzadan İsrailə atılan raket sayının 74 olduğunu, bunlardan 7-sinin “Dəmir Qübbə” mərmi müdafiə etmə sistemləri tərəfindən məhv edildiyi, 67-sinin isə boş ərazilərə düşdüyü və hər hansı bir itkiyə yol açmadığı qeyd edilib.
Xatırladaq ki, 7 iyuldan bu günə kimi davam edən hücumlar nəticəsində 1660 fələstinli həlak olub, 9 mini isə yaralanıb.