Bu gecə itkilər olmasa da cəbhə xəttindəki gərginlik davam edir. Virtualaz.org saytının müxbiri Ağdamdan xəbər verir ki, atışma bu gecə də səngiməyib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə avqustun 3-də səhər saatlarında vertolyotla Bərdəyə gedib. Nazirin yaxın saatlarda orada brifinq keçirəcəyi gözlənilir.